29. Yatağa girərkən oxunan zikrlər
«Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora əl İxlas, əl Fələq və ən Nəs surələrini oxuyardı:
əl-İxlas surəsi:
Bismilləhi-r-rahmənir-rahim.
1.Qul huvəllahu əhəd, 2.Əllahu-s-saməd, 3.Ləm yəlid və ləm yuləd, 4. Və ləm yəkul ləhu kufuvan əhəd. (əl İxlas, 1-4).
Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «O Allah Təkdir! Allah [heç kəsə, heç nəyə] Möhtac deyildir [əksinə, hər bir məxluq Ona möhtacdır]. O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»
əl-Fələq surəsi:
Bismilləhi-r-rahməni-r-rahim.
1. Qul əuzu bi rabbi-l-fələq, 2. Min şərri mə xaləq, 3. Və min şərri ğasiqin izə vaqab, 4. Və min şərri-n-nəffəsəti fi-l-uqad, 5. Və min şərri həsidin izə həsəd. (əl Fələq, 1-5).
Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin [gecənin] şərindən, düyünlərə yüngülvari tüpürən [cadugər] qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»
ən-Nəs surəsi:
Bismilləhi-r-rahməni-r-rahim.
1. Qul əuzu bi rabbi-n-nəs, 2. Məliki-n-nəs, 3. İləhi-n-nəs, 4. Min şərri-l-vasvasi-l-xannəs, 5. Əlləzi yuvasvisu fi sududuri-n-nəs, 6. Minə-l-cinnəti va-n-nəs. (ən Nəs, 1-6).
Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların Tanrısına! Vəsvəsə verənin, [Allahın adı çəkiləndə isə] geri çəkilənin [şeytanın] şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də [olur], insanlardan da!» surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi».[1]
Yatağa uzananda Ayətu-l-Kursi ayəsini oxumaq»[2]
Əuzu billəhi minə-ş-şeytani-r-racim: "Əllahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə'xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi. Yə'ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasi'ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huvə-l-aliyyu-l-azim". (əl Bəqərə, 255).
Mənası: Lənətlənmiş şeytandan Allaha sığınıram!: «Allah! Ondan başqa [ibadətə layiq olan] tanrı yoxdur, [əbədi] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır]. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər? O, onların [yaranmışların] önlərində və arxalarında olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»
Daha sonra Əmənə-r-Rasulu ayəsini oxumaq:
Əuzu billəhi minə-ş-şeytani-r-racim: "Əmənə-r-rasulu bimə unzilə ileyhi mir-rabbihi va-l-mu'minun, Kullun əmənə billəhi va mələikətihi va kutubihi va rusulih, lə nufərriqu beynə əhədi-m-mir-rusulih, va qalu səmi'nə va əta'nə, ğufranəkə rabbənəə va ileykə-l-masir, Lə yukəllifu-l-lahu nəfsən illə vusahə, ləhə mə kəsəbət va aleyhə mə-k-təsəbət, rabbənə lə tuəxiznə in nəsiynə av əxta'nə, rabbənə va lə təhmil aleynə isran kəmə həməltəhu alə-l-ləzinə min qablinə, rabbənə va lə tuhəmmilnə mə lə taqatə lənə bih, va'fu annə va-ğ-fir lənə, va-r-həmnə, əntə movlənə, fə-n-surnə alə-l-qavmi-l-kəfirin". (əl Bəqərə, 285-286).
Mənası: Lənətlənmiş şeytandan Allaha sığınıram!: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl Bəqərə, 285-286).[3]
[Bismikə rabbi vəda'tu cənbi va bikə ərfəuhu. Fə in əmsəktə nəfsi fərhəmhə va in ərsəltəhə fəhfazhə bimə təhfazu bihi ibaədəkə-s-salihin]
«Ey Rəbbim! Sənin adınla[4] böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!»[5]
[Allahummə, innəkə xaləqtə nəfsi, va əntə təvaffahə, ləkə məmətuhə va məhyəhə, in əhyəytəhə fəhfazhə, va in əməttəhə fəğfir ləhə. Allahummə, inni əs'əlukə-l-afiyətə]
«Allahım! Canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, diriltmək də Sənə məxsusdur. Onu diriltsən, qoru, öldürsən, bağışla! Allahım! Səndən salamatlıq diləyirəm!»[6]
[Allahummə, qini əzəbəkə yovmə təb'asu ibədəkə]
«Allahım![7] Bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!»[8]
[Bismikə, Allahummə əmutu va əhyə]
«Allahım! Sənin adınla ölür və dirilirəm!»[9]
Otuz üç dəfə təsbih (Subhənəllah!) otuz üç dəfə təhmid (əlhəmdulilləh!) otuz dörd dəfə təkbir (Əllahu Əkbər) demək.[10]
[Allahummə, rabbə-s-səməvati-s-səb'i va rabbə-l-arşi-l-azim. Rabbənə va rabbə kulli şeyin, fəliqal--həbbi va-n-nəva, munzilə-t-tovrati va-l-incili va-l-furqani. Əuzu bikə min şərri kulli şeyin əntə əxizun binəsıyətihi. Allahummə, əntə-l-əvvalu fəleysə qabləkə şeyun, va əntə-l-əxiru fəleysə bə'dəkə şeyun, va əntə-z-zahiru fəleysə fovqakə şeyun, va əntə-l-bətınu fəleysə dunəkə şeyun, iqdı annə-d-deynə va əğninə minə-l-fəqri]
«Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!»[11]
[Əlhəmdulilləhi-l-ləzi ət'amənə va səqanə va kəfənə va əvanə, fə kəm mi-m-mən lə kəfiyə ləhu va lə mu'viyə]
«Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Neçə-neçə şəxslər vardır ki, onların nə bir qoruyanı, nə də bir sığınacaq verəni var!»[12]
[Allahummə, alimə-l-ğaybi va-ş-şəhədəti, fətıra-s-səməvati va-l-ardi. Rabbə kulli şeyin va məliykəhu. Əşhədu əllə iləhə illə əntə. Əuzu bikə min şərri nəfsi va min şərri-ş-şeytani va şirkihi, va ən əqtərifə alə nəfsi suən av əcurrahu ilə muslimin]
«Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!»[13]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) “əs-Səcdə” və “əl-Mulk” surələrini oxumadan yatmazdı. [14]
[Allahummə, əsləmtu nəfsi ileykə, və fəvvadtu əmri ileykə, va vaccəhtu vachi ileykə, va əlcə'tu zahri ileykə, rağbətən va rahmətən ileykə. Lə məlcə'ə va lə məncəə minkə illə ileykə. Əməntu bi kitəbikə-l-ləzi ənzəltə va bi nəbiyyikə-l-ləzi ərsəltə]
«Allahım![15] Sənə ümid edərək və Səndən qorxaraq canımı Sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!»[16]