Cadudan necə qorunmaq olar?

    18.12.2013
Sual: 
Salam aleykum. Mene cadu olunub ve tapmişamda. Men ozumu emelden nece qoruya bilerem? Yeni necə batil eləmək olar?
Cavab: 

Aleykum salam. Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

  • Namaz qılmaq, həmçinin Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi)
  • Günahları tərk edərək onlardan tövbə etmək
  • Qurani Kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, şeytan Bəqərə surəsi oxunan evdən qaçar". (Muslim, 1300, 1860). Bu zaman heç bir vəsvəsə, qorxu və s. şeylərə fikir verməyərək bunu dayandırmamaq. Evdə oxutmaq üçün bəzi mp3-lər:
  • Çoxlu zikr etmək. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Buraya "əuuzu billəəhi minə-ş-şeytaani-r-raciim" demək, səhər və axşam zikrləri, yeməkdən əvvəl və sonra, evdən çıxarkən və evə girərkən edilən zikrlər, namazlardan sonra Ayətul-Kursi, əl-İxlas, əl-Fələq, ən-Nas surələri oxumaq, yatmazdan əvvəl edilən və digər zikrlər daxildir. Daha ətraflı: Müsəlmanın qalası
  • Yuxuda şeytanın vəsvəsəsindən qorunmaq üçün yatmazdan qabaq zikrlər etmək. Peyğəmbər demişdir: "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". (əl-Buxari, 2144, 2311). Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?
  • Dini öyrənməyə vaxt ayırmaq, çünki şeytan insanın bilmədiyi şeylər haqqında şübhələr gətirərək ona vəsvəsə verir. İlk növbədə Quranın mənaca tərcüməsini, səhih hədislər və onlara əsaslanan kitabları oxumaq
  • Bal, qara çörək otu (qara zirə), zəm-zəm suyu, zeytun yağı kimi buyurulan təbii ləvazimatlar istifadə etmək
  • Əgər cadu olunmuş insanın halı pisdirsə, ona ruqyə edilə bilər. Daha ətraflı:

Cadudan qorunmaq üçün falçı yanına getmək böyük günahdır! Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi, 135).
Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyil. Cadu tapılıbsa, suya əl-İxlas, əl-Fələq, ən-Nas, Ayətul-Kursi və digər Quran ayələrini oxuyaraq cadunu ora atmaq, quruduqdan sonra isə yandırmaq lazımdır.

Teqlər: 
Paylaş: