Pis yuxulardan necə qorunmaq olar?
Aleykum salam. Pis yuxular şeytandandır, onlara əhəmiyyət vermək və onları yozmaq lazım deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (əl-Buxari, 6985).
Belə yuxuları görməmək üçün yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O buyurmuşdur ki, "kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mühafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". Bundan əlavə, istəsəniz digər zikrləri də oxuya bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyardı. Daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi. (Muslim). Daha ətraflı:
Yatağa girərkən oxunan zikrlər
Pis yuxu görən nə etməlidir?
Yuxuda həyəcan və qorxu keçirən, dəhşətə gələn və (başqa bu kimi) hallarda oxunan dua
Yuxu haqqında