quran

Fussilət surəsinin 30-33-cü ayələrinin transkripsiyasını yaza bilərsiniz?

    27.12.2025
Sual: 
Əs Salamu aleykum. Fussilət 30-33 transkripsiyasını yazın zəhmət olmasa. Bilirəm uyğun gəlmir ancaq öyrənmək istəyirəm.Allah razı olsun salam aleykum.
Cavab: 

Və aleykum Salam. Quranı əzbərləmək istəyən onu ərəb dilində düzgün oxuyub əzbərləməlidir. Transkripsiya ilə Quran ayələrini əzbərləmək doğru deyil. Çünki ərəb dilində bir çox hərflərin tələffüzünün qarşılığı azərbaycan dilində yoxdur. Odur ki çalışın ərəb dilində Quranı oxumağı öyrənin.

əz-Zariyat surəsi 47-ci ayədə keçən "əydin" sözü nə məna daşıyır?

    27.12.2025
Sual: 
Əssalamu aleykum. Zehmet olmasa soylerdiz. Sure 51,aye 47 " Biz göyü ellerle bina etdik" Quran tercumelerinde Elleri qudret kimi tercume edirler. Bu ayedeki elleri qudret kimi basa dusmeliyik yoxsa eller kimi basa duşmeliyik?
Cavab: 

Və aleykum Salam. əz-Zariyat surəsi 47-ci ayədə keçən أَيْدٌ (əydun) sözü "güc", "qüvvət" deməkdir. "Əl" sözünün cəmi olan أَيْدِ (əydin) sözü isə zahirən bu sözə oxşasa da tam fərqli bir sözdür. 

əl-Muminun surəsinin oxunuşunu yaza bilərsiniz?

    03.12.2025
Sual: 
Salam aleykum muminun surəsinin hamsının oxunuşunu yaza bilərsiz zəhmət olmazsa
Cavab: 

Və aleykum Salam. Quranı azərbaycan hərfləri ilə ərəb dilində (transkripsiya ilə) oxumaq düzgün deyil, çünki ərəb dilində bir çox hərflərin azərbaycan dilində qarşılığı yoxdur və bu səbəbdən oxuyarkən səhvlərə yol vermək olar. Hətta bəzi hallarda məna dəyişə bilər.

"Yasin" surəsinin 14-cü ayəsində qeyd edilən üçüncü elçinin adı nədir?

    23.10.2025
Sual: 
As Salam Aleykum Yasin suresi 14cu ayetde 2 peyğamber daha sonra inkar etdiklerine gore 3cu peyğamberide gonderdiyini deyir Allah (c.c) bu 3 peyğamber kimdi? Fergli tefsirler ve meallar meni çaşdirdi indiden Allah (c.c) razi galsin
Cavab: 

Və aleykum Salam. Uca Allah "Yasin" surəsinin 14-cü ayəsində belə buyurur: "O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik.

Uca Allahın Peyğəmbərə "De: "Mənə müsəlman olanla­rın ilki olmaq əmr edildi..." (əl-Ənam, 14) buyurmasının mənası nədir?

    08.10.2025
Sual: 
Salam. Ənam surəsinin 14-cü ayəsində Allah Məhəmməd Peyğəmbərin (s.a.v) ilk müsəlman olduğunu deyir. Amma digər ayələrdə müsəlmanlığın ilk insan Adəm peyğəmbərdən başladığını qeyd edir. Bunu izah edə bilərsiniz?
Cavab: 

Və aleykum Salam. Qurani-Kərimin ayələrinə diqqət etsək görərik ki, bu söz digər peyğəmbərlər haqqında deyilmişdir. Məsələn bir ayədə Uca Allah Musa barədə xəbər verərək belə buyurur: "O özünə gəldikdə isə: “Sən pak və müqəddəssən!

Dində günün bitib başlaması necə hesablanır?

    08.09.2025
Sual: 
Səlam əleyküm və rahmətullahi.İndidən cavablarınız üçün sağ olun.Allah razı olsun. 1)Dində günün bitib başlaması normaldan fərqlidir?Oxuduğuma görə məsələn cümə günü cümə axşamı əsr namazından sonra başlayır 2)Bəzi türk mənbələrdə məzhəbsizliyin dinsizliyə apara biləcəyini qeyd edirlər,həmin insanlar dini qaydaları araşdırmama ehtimallarına görə. 3)Səsli olmadan,özümüz özümüzə daxildən söz versək və ya kiməsə qarğış edib lənət etsək bunlar da içimizdən demə səbəbilə günah olaraq yazılır ya yox? 4)Mən surələri oxuyuram,orada hər ayətin tərcüməsini bilməsəm də ümumi nədən danışılığını xatırl
Cavab: 

Və aleykum Salam. 

1) Dində Cümə günü məsələn, cümə axşamı məğrib namazından başlayır. Həmçinin digər günlər də belədir. Məğrib namazı girdikdən sonra artıq yeni günün axşamı başlayır, dan yeri söküldükdən sonra isə səhər başlayır. 


Quranda Əli barədə ayələr varmı?

    02.09.2025
Sual: 
Salam Aleykum size bele bir sualım var bezi şie alimleri Qurani Kerim'de Hz.Eli haqqında 300 aye nazil olduğunu deyir bu nə qədər doğru melumatdır?
Cavab: 

Va aleykum Salam. Quranda xüsusi şəkildə Əli (Allah ondan razı olsun) barədə nazil olan ayə olmasa da, səhabələrin təriflənməsi və fəzilətlərinə aid olan ayələr həm də Əli ibn Əbu Talibə aiddir. Həmçinin onun səbəbilə bəzi ayələr nazil olmuşdur.

Cümə günü əl-Kəhf surəsini oxuyuram amma yadımda qalmır, bu nədəndir?

    18.08.2025
Sual: 
Əssəlamu Aleykum və Rəhmətullahi və Bərakatu Əlhəmdulillah necəsiz mən Kəhf surəsini oxuyuram cümə günlərini amma yadımda qalmır Azərbaycan dilində oxuyuram əsasən. Amma yadımda qalmır gecələr gec yatıram həmdə beynim yorğun olur ondan ola bilər yadımda qalmır.
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabı oxuyun:

Pages