Quranı xətm etməyin vaxtı uzanarsa savab azalırmı?

    12.05.2025
Sual: 
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh. Allah elminizə bərəkət versin Mən Şəvval ayının 1-dən 30-a qədər Quranı bir dəfə xətm etmək istəyirdim. Lakin 5 gün gecikdim, Hal-hazırda Zulqadə ayındayıq, hələ bitirməsəm də, bir neçə günə bitirə bilərəm. Sualım budur: Gecikməyimə rağmən, Quranı tam oxumağımla xətm etmiş sayılıram və savab əksilmir ki? Bir neçə sualım da var. Quranı xətm etdiyim müddətcə həm telefondan, həm də telefondan oxuya bilərəm? Daha sonra, evdə bidət əhlinin kitabları var, onları nə edək? Həmçinin kağızlar da var ki, Mir Mövsüm ağanın şəkli var kağızın arxasında Quran ayələri var, onları yandırmaq olar? Ola bilsin ki başqa vaxt suallarım oldu yəqin ki narahat etmərəm.
Cavab: 

Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu.

1) Qurani-Kərimi xətm etmək savabdır, fərq etməz istər bir ay müddətinə olsun, istər daha artıq. Gecikdirdiyinizə görə savabından heç nə əskilmir. Həmçinin oxuyun:

Ramazan ayında Quranı ərəb dilində xətm etmək vacibdirmi?

 

2) Quranı xətm edərkən bəzən Quran kitabından, bəzən isə telefondan oxumaq icazəlidir. Həmçinin oxuyun:

 

3) Bu kitabları yandırmağınız daha yaxşıdır. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: