İçərisində türkcə "Allah" yazılan kitabı zibilliyə atmaq olarmı?
Sual:
Salam. Vaxtilə özünü inkişafla bağl kitablar almışdım. Bu kitablarda Allah sözü keçir (ərəb dilində yox). Kitabları oxumuram və kiməsə vermək də istəmirəm çünki Allah barəsində yazılan məlumatların doğru olub olduğunu bilmirəm. Həmin kitabları zibilə atmaq olar mı? Allah sözü ərəbcə yazılmayıb, türk dilindədi
Cavab:
Və aleykum Salam. İçində "Allah" kəlməsi yazılan kitabları və ya vərəqləri, fərq etməz, istər ərəb dilində olsun, istər başqa dildə, natəmiz yerlərə atmaq olmaz. Uca Allah buyurur: "Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır" (əl-Həcc, 32). Natəmiz yerə düşməsin deyə, bu kitabı yandırmaq lazımdır.