Əli ibn Əbu Talib rükuda olduğu halda zəkat veribmi?
Aleykum salam. Həmin ayənin daha düzgün tərcüməsi belədir: "Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər." (əl-Maidə, 55)
Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) namazda rüku vəziyyətində ola-ola zəkat verməsi fikri aşağıdakı səbəblərə görə düzgün deyil:
- Əli (Allah ondan razı olsun) bütün namazlarını xuşu ilə, qəlbən Allaha yönələrək qılırdı və ətrafdakı insanların danışdıqlarına və etdiklərinə fikir vermirdi
- Kasıb olduğu üçün ona zəkat düşmürdü
- Zəkatın xüsusi hesablanma qaydası var. Namazda rükuda olan adamın bir anda zəkatı hesablayıb verməsi mümkün deyil, üstəlik, həmin adamın fikri namaza yönəlmişdir.
Əbu Cəfər Muhəmməd ibn Əli ibn Huseyn ibn Əli ibn Əbu Talibə sual verdilər: "Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir..." ayəsində Əli nəzərdə tutulurmu? O,cavabında: "Əli ibn Əbu Talib də möminlərdəndir və bildirdi ki, burada nəzərdə tutulan bütün möminlərdir". (əl-Cəmiu-l-Əhkəmu-l-Quran kitabı, cild: 6, səh: 288)
Əvvəlki cavabda ayənin təfsirini genişləndirdik, yenidən oxuya bilərsiniz: Əl-Maidə surəsinin 54 və 55-ci ayələri haqqında