əl-Maidə surəsinin 54 və 55-ci ayələri haqqında
Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir. (əl-Maidə, 54).
Bu ayə peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) ölümündən sonra bir qrup insanların dinlərindən dönəcəkləri ilə bağlı öncədən peyğəmbərə xəbərdarlıq və bildiriş ayəsi kimi nazil olmuşdur. Bununla Allah demək istəyir ki, ey Allahı, Rəsulunu təsdiqləyib, onlara iman gətirib şəriətinə əməl edənlər, sizlərdən hər kim dinindən dönüb onu Yəhudilik, xaçpərəstlik və ya başqa batil dinlərlə əvəz etsə, o kəslər bilsinlər ki, onlarla belə etməklə Allah zərər verə bilməzlər. Onlar yalnız özləri-özlərini verərlər. Onlardan hər kim dinindən dönsə, bilsinlər ki, Allah onların yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar, Allahdan başqa heç kəsdən qorxmazlar və heç kimin tənə və qınağından çəkinməzlər. Bu Allahın neməti və ehsanıdır ki, yalnız istədiyi qullarına verər. Həqiqətən Allahın lütfü çox genişdir və hər şeyi əhatə edəndir. Qullarından hər kim bu lütfə, ehsana və nemətə layiqdirsə, Allah bunu gözəl bilir.
"Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər". (əl-Maidə, 55).
Cəlaləddin əs-Suyuti (rahiməhullahu) isə öz kitabında belə yazır: "Bu ayə Abdullah ibn Salam (radıyallahu anu) haqqında onun Rəsulullaha belə dediyi vaxt nazil olmuşdur: "Ey Allahın Elçisi! Qövmümüz bizi tərk edibdir". (Cələleyn təfsiri, cild: 1, səh: 339).
Qurtubi (rahiməhullahu) yazır ki, Cabir ibn Abdullah (radıyallahu anhu) dedi ki, Abdullah ibn Salam peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dedi: "...Qureyza və Nadirə qəbilələri iman gətirdiyimizə görə bizdən üz döndərdilər. Onlar and içdilər ki, bizlə oturmayacaqlar. Bizim evlər uzaqdadır və biz müsəlmanlarla əlaqə saxlaya bilmirik. "Bunun üzərinə Uca Allah bu ayəni nazil etdi. İbn Salam dedi: "Biz himayədarımızın Allah, Onun Elçisi və möminlər olmasından razıyıq". ("Təfsir" məfətihu-l-ğayb" Fəxrəddin Razi, cild: 9, səh: 118).
Əbu Cəfər Muhəmməd ibn Əli ibn Huseyn ibn Əli ibn Əbu Talibə sual verdilər: "Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir..." ayəsində Əli nəzərdə tutulurmu? O,cavabında: "Əli ibn Əbu Talib də möminlərdəndir və bildirdi ki, burada nəzərdə tutulan bütün möminlərdir". (əl-Cəmiu-l-Əhkəmu-l-Quran kitabı, cild: 6, səh: 288)