təmizlənmə

Ayaq üstə olarkən cinsi orqandan çıxan damcı nəcis sayılırmı?

    03.06.2026
Sual: 
Salam bezen ayağ üstə olanda öz özünə cinsi orqandan damcı çıxır uje 2 defe olub məndə alt paltarımı deyişdim Namaza görə nədən olar?
Cavab: 

Və aleykum Salam. Ayaq üstə olarkən cinsi orqandan öz-özünə çıxan şəffaf və az yapışqan maye "məzi" adlanır. Məzi, insanın daxilində şəhvət hissi oyandıqda və ya ona aparan səbəblər meydana gəldikdə, bədənin təbii şəkildə ifraz etdiyi şəffaf mayedir.

Üzümə müalicə üçün dərman vurduğuma görə dəstəmaz yerinə təyəmmüm edə bilərəm?

    19.05.2026
Sual: 
Mənim üzümdə sızanaqlara görə həkimə getmişdim dərman yazdimene iki dənə.Heresini gündə iki dəfə dörd saat fərqlə vurmaliyam sonra üzümü yumaliyam.Men namaz qılanda üzümdə dərmanlara görə dəstəmaz almayıb təyəmmüm edə bilərəm?
Cavab: 

Əssələmu aleykum. Əgər su dərmana zərər verirsə və ya sağalmağı gecikdirirsə, o zaman üz hissəsini yumadan digər əzaları yuyub həmin yer üçün təyəmmüm edə bilərsiniz. Əgər zərər yoxdursa, normal şəkildə dəstəmaz almaq vacibdir. Həmçinin oxuyun:

Boynunda həm cənabət, həm də heyz olan qadın bunlardan birinə niyyət edərsə digəri üçün keçərlidirmi?

    11.05.2026
Sual: 
həm heyz həmdə cənabət qüsulu almalıydım. ancaq cənabət üçün almağı unutdum. birbaşa heyz qüsulu aldım. İndi cənabət qüsulu almalıyam? Ümumiyyətlə həm heyz jəm canəbət üçün birdən alarkən necə niyyət edək sadəcə heyzə niyyət etsəkdə olar?
Cavab: 

Əssələmu aleykum. Boynunda həm cənabət, həm də heyz olan qadın üçün bir qüsl həm heyz, həm də cənabətə kifayət edir. İstər hər ikisinə birlikdə niyyət etsin, istərsə də qüslündə yalnız birinə niyyət etsin. Ətraflı bu cavabları oxuyun:

Paltarın natəmiz olması ilə bağlı vəsvəsələr məni yorur – bu vəziyyətdən necə qurtulum?

    07.05.2026
Sual: 
Salam mende paltara qarsi takintilar var geydiyim paltari bir Anda soyunub tezesin geynirem suphe beynime yeyir nemlik var kimi his edirem kimse mene ele bil deyir get deyis deyisirem cox yorulmusam bu vezyetden eynidi cixararken bele hamisin deysiirem hem ozume yaziq edirem hemde paltara ne edim bilmirem mene komek edin nolar
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Qulağa məsh çəkərkən hansı hissələrə məsh etmək kifayətdir?

    26.04.2026
Sual: 
Əs Sələmu Aleykum. Dəstəmaz alarkən qulaqlara məsh edəndə, təkcə baş barmaq ilə qulaqların arxasına məsh çəkib işarət barmağını qulağa daxil etmək kifayətdir yoxsa işarət barmağı ilə qulağın 'rakuşka'sıda məsh edilməlidir?
Cavab: 

Və aleykum Salam. Məsh çəkərkən məhs çəkilən əzanın hamısının yaş olması şərt deyil. Qulağa məsh çəkərkən şəhadət barmaqları qulaqların içinə salınıb, baş barmaqlarla qulaqların ardı sürtülməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qulaqlar da başa aiddir".

Heyzin bitdiyini sanıb qüsl alan, sonra yenidən ləkə görən qadın namaz qılmalıdırmı?

    16.04.2026
Sual: 
Bax mən martın 25i heyz oldum. 30u yəni dünən bitdiyini sanıb qüsl alıb sübh zöhr və əsr namazlarını qıldım. Lakin şam namazını qılanda alt paltarımda 10 damcıya yaxın qan gördüm. Namazı qılmadım. Və dünənnəndə alt paltarıma batmır amma salfetlə yoxlayanda qəhvəyi rəng ləkə gəlir. 30u qıldığım namazlar batildi? 31i yəni bu gün namaz qılmalı idim?
Cavab: 

Əssələmu aleykum. Adətən heyz müddəti bitdikdən və qadın təmizlənmə əlamətlərini görüb qüsl aldıqdan sonra gələn qan heyzdən sayılmır. Əgər gördüyünüz ləkə hələ də heyz müddətinə daxildirsə, o zaman əvvəl qıldığınız namazlar düzgün sayılmır və həmin günlərdə namaz qılınmır.

Sidikdən sonra tam təmizlənib-təmizlənmədiyimə dair şübhələrim var, belə halda necə davranmalıyam?

    14.04.2026
Sual: 
Salam Aleykum vereceyim sual meni cox marahat edir,bilmirem vesvesedir yoxsa nece?Istibranin duzgun qaydasi nece olmalidir?Men her defe ayaq yolunda temizlenerken 3,5 hetda 8,10deqiqelere kimi orada gozlemeli oluram,sonra bunu biraz aradan qaldirdim indi daha tez temizlenib cixiram lakin indide tam temizlendim mi suali qalir aglimda.Temizlenib cixdiqdan sonra biraz hereket edirem sanki aglima gelirki damci geldi paltar necis oldu ve bu sual meni narahat edir.Bezen ele olurki yeniden ayaq yoluna qaydiram ve baxiram ki üzvü sixdiqca ve ya sirkeledikce damci gelir.Destemaz almaq ucun bir nece deq
Cavab: 

Və aleykum Salam. İstibra, sadə şəkildə edilir: sidikdən sonra adi təmizlənmək kifayətdir, uzun müddət gözləmək və həddindən artıq yoxlamaq tələb olunmur. Bu cür uzun-uzadı gözləmək və daim şübhəyə düşmək vəsvəsə sayılır və şeytanın insana çətinlik yaratmaq istəməsidir. Əsas qayda budur ki, yəqin

Sidikdən sonra təmizlənsəm də damcı gəlməsi məni yorur, bu halda nə etməliyəm?

    11.04.2026
Sual: 
Salam aleykum, mən ayağ yoluna gedəndə cinsi orqanı silirəm təmizlərirəm sora yenə görürəmki ucunda damcı çıxır sidik bu tez tez olur demək olar bezmişəm alt paltarı dəyişməkdən elə olur 1 defeye siləndə gəlmir elə olur gəlir.
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Qadından gələn axıntılar hansı halda dəstəmazı, hansı halda qüslü pozur?

    10.04.2026
Sual: 
Salam Aleykum. çox üzrlü sayın. bildiyiniz kimi qadınlarda bəzi hallarda axıntılar olur. cinsi əlaqə zamanı, şəhvət vaxtı və adi halda olan. bildiyim qədəri ilə bəzi hallarda həmin axıntılar qüslün pozulmağına, bəzən isə sadəcə dəstəmazın pozulmağına səbəb olur. və bəzən də adi axıntı qüslə də dəstəmaza da təsir etmir. bunu biz hardan anlaya bilərik? necə ayırd edək?
Cavab: 

Və aleykum Salam. Cinsi əlaqə qüslü pozur. İstər axıntı olsun, istər olmasın. Adi hallarda şəhvət səbəbindən gələn axıntıya məzi deyilir. Bu axıntı dəstəmazı pozur. Adi hallarda gələn şəffaf axıntılar da, həmçinin, dəstəmazı pozur. Həmçinin oxuyun:

Pages