Namaz qılarkən yel çıxdığından şübhələnən namazı davam edə bilərmi?
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Əgər normal halda, yəni namazdan xaricdə yel çıxmaq kimi bir probleminiz yoxdursa, demək ki, namaz əsnasında sizə gələn sadəcə vəsvəsədir. Əgər namaz əsnasında sizə belə bir vəsvəsə gələrsə, səs eşitməmiş və ya qoxu hiss etməmiş namazdan çıxmayın. Bu barədə ətraflı oxuyun:
Və aleykum Salam. Əgər corab dəstəmazlı halda geyinilibsə, bu corabın üzərinə məsh çəkmək icazəlidir və namaz da səhih sayılır. Əgər dəstəmazlı halda geyinilməyibsə, bu corabın üzərinə məsh çəkmək icazəli deyil, dəstəmaz alıb bu namazı yenidən qılın.
Və aleykum Salam. Bu cavabı oxuyun:
Və aleykum Salam. Qüsl aldıqdan sonra övrət yerində və ya arxa hissədə nəcasətin olduğunu bildirkdə qüsl pozulmur, sadəcə, nəcasəti yumaq və dəstəmaz almaq kifayətdir. Həmçinin oxuyun:
Və aleykum Salam. Qüsl aldıqdan sonra bədəni sabunla və ya başı şampunla yumaq icazəlidir. Sadəcə diqqət edin ki, qüsldən sonra dəstəmazı pozan hallar baş verməsin. Əgər qüsldən sonra yuyunarkən dəstəmazı pozan hal baş verərsə, sonda yenidən dəstəmaz almaq lazımdır. Həmçinin oxuyun:
Və aleykum Salam. Namaz qılan qadının ümumiyyətlə dırnağına lak vurması doğru deyil. Çünki dəstəmaz alarkən dırnaqda olan lak suyun dırnağa dəyməsinə maneədir. Dəstəmazın isə şərtlərindən biri budur ki, dəstəmaz əzalarının hər yerinə su dəyməlidir. Ətraflı oxuyun:
Və aleykum Salam. Yuxuda şəhvət hissinin oyanması heç də həmişə qüslü vacib etmir. Əgər şəhvət hissi ilə yanaşı insan cənabətli hala düşərsə - ihtilam olarsa və yuxudan oyandıqdan sonra axıntı görərsə, bu halda qüsl etmək vacib olur.
Əssələmu aleykum. Cənabətli halda olan insan bacardığı qədər tez qüsul etməli və cənabəti üzərindən qaldırmalıdır. Həmçinin oxuyun:
Əssələmu aleykum. Övrətdən ehtiras olmadan gələn spermaya görə qüsl alınmır. Ətraflı oxuyun: