təmizlənmə

Sübh namazının çıxmasına 10 dəqiqə qalmış yuxudan cunub halda oyanan təyəmmüm edib namaz qıla bilərmi?

    12.05.2025
Sual: 
Salam aleykum.subh namazinin vaxtinin cixmasina 10 deqiqe qalib ve menim cenabet qusulum yoxdur.men cenabet qusulu almaliyam yoxsa təyəmmüm ile namazi qilmaliyam? Zehmet olmasa dəlillərlə cavablandirin
Cavab: 

Va aleykum Salam. Bu halda namazın vaxtı çıxmış olsa belə qüsl edib sonra namazı qılmalısınız. Ətraflı oxuyun:

Sübh namazına gecikəndə qüsl almaq lazımdırmı?

Qulaqda sırğa olan halda qüsl edən onu tərpətməlidirmi?

    01.05.2025
Sual: 
Qüsul aldıqdan sonra xatırladımki bismilləh deməmişəm və sırğanıda hərəkət etdirməmişəm. Unutqanlıq olub bu halda qüsul batildir?
Cavab: 

Əssələmu aleykum. Qüsl alarkən "Bismilləh" demək vacib olsa da, onu unutmaq qüslü batil etmir. Əgər sırğa boşdursa və altına su keçirsə, bu halda onu tərpətmək vacib deyil.

Yeni namaza başlayan insan səhv dəstəmaz alarsa namazı pozulurmu?

    18.04.2025
Sual: 
Yeni namaza baslayan biri şef dəstəmaz alarsa namazi pozulurmu?
Cavab: 

Əssələmu aleykum. Namazın doğru olması üçün dəstəmazın düzgün alınması şərtdir. Yeni namaza başlayan insan dəstəmazı düzgün şəkildə almağı öyrənməlidir. Əgər bilmədən səhv edərsə, bu səhvlər dəstəmazı tam öyrənənə qədər bağışlanır. Ətraflı oxuyun:

Sidiyə çıxarkən şəhvətsiz gələn meye qüslü pozurmu?

    18.04.2025
Sual: 
qardas mən ayaq yolunda olanda sidikdən sonra istibra edirem növbəti dəfə ayaq yoluna gedende istibra elemek isdeyende sidikə qarışıq maye gelir amma ki şehvetsiz gelir na mehreme baxmıram şehvet gətirici hecne fikirləşmirəm indi menim boynumda qüsl qalır yoxsa yox sistani agaya təqlid edirəm səhv elemiremse orda yazılıb ki idrarya her hansısa bir maye qarışarsa qusla qalırsan xaiş edirəm köməklik edəsiniz mene onceden teşekkür edirem Birde bilmek isdeyerdim ehli şiye alimisiz yoxsa ehli sunnu xaiş edirəm hər iki sualıma cavab verin
Cavab: 

Əssələmu aleykum. Bu cavabları oxuyun:

Cənabət qüslündə qadın saçlarını iki yerə ayırıb ortasına üç dəfə məsh çəkməsi kifayətdirmi?

    17.04.2025
Sual: 
Salam. Cenabet qusulu zamani uzun sacli qadin saclarini iki yere ayirib basinin ortasina 3 defe mehz cekse olarmi? Yani butun sacini yumasa ?
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun:

Qüsl alarkən niyyəti dil ilə söyləmək bidət sayılır?

    16.04.2025
Sual: 
Salam Aleykum.Bir iki sualim var mumkunse cavablandirardiz.1)Qüsl alanda qürbeten ilellah qelben niyyet edildikde deyilmelidir yoxsa bidetdi? 2)Qüsl alindiqda Vacib ve ya Kamil qüsl alinanda(Vacib ve ya kamil)sozu deyilmelidir qelben niyyet edildikde?3)Vacib qusl alindiqda 3 defe duşun altina girib cixmaq vacibdi (baş,sag teref sol teref) yoxsa bu ancaq kamil qüsl alindiqda etmek lazimdi?
Cavab: 

Və aleykum Salam.

1) Qüsl alarkən niyyəti dil ilə söyləmək bidət sayılır. Ətraflı cavabı oxuyun:

Heyz qüslündən sonra gələn qan heyzdən sayılırmı?

    14.04.2025
Sual: 
Salam men normalda uzr isdeyrem aybasi olandan 6 gun sonra yuyunub qusul aliram ve bu ramazan ayindada 6 ci gunumde cimib qusul aldim amakj qusul alandan sinra mene yene qan lekesi deydi leke dirnagdan boyuk idi desmalin diger uzune azca kecmisdj ama ic geyimime deymemisdi bu halda yeniden qusul almaliyammi yoxsa buna fikir vermeden namazima ve orucuma davam etmeliyyemmi xais edirem cavablandirardizda
Cavab: 

Və aleykum Salam. Heyzdən təmizlənib qüsl etdikdən sonra gələn axıntıya fikir vermək lazım deyil. Bu barədə ətraflı oxuyun:

Qadından gələn qəhvəyi ləkə orucu pozurmu?

Uşağın sidiyi dəyən paltarda namaz qılmaq olarmı?

    14.04.2025
Sual: 
Salam menim 2 dene suvalim var Paltara usaq sidiyi deyerse namaz batil olar mi? Ve men ayaqyolunda cox otururam cox yunuram her seyi necist gorurem ne tamiz qorurem teheretten cixanda sanki sidiy damcisi qelir eslinde nese qelir men dusunurem sidiydi bu nece ildi beledir her teheretten sonra bele olur tezden gedirem yuyunuram namazin vaxdida azalir ne ede bilerem men? Bu mene sixinti verir
Cavab: 

Və aleykum Salam. 

1) Uşağın sidiyi nəcasət sayılır və əgər paltara dəyərə, bu paltarda namaz qılmaq olmaz. Ətraflı oxuyun:

Heyzdən sonra gələn qan orucu pozurmu?

    12.04.2025
Sual: 
Salam əvvəlcədən sualıma görə üzr istəyirəm mən aybaşı olmuşdum 4 gün bitməsini gözlədim daha sonra qüsl alıb oruc tutdum, Daha sonra yenidən qan gördüm bu mənim orucumu pozurmu ?
Cavab: 

Və aleykum Salam. Hər qadının özünə xas heyz (aybaşı) adəti olur. Əgər sizin heyzdən təmizlənmə müddətiniz 4 gündürsə, yəni bu müddət tamamlanandan sonra heyz qanı təmamilə dayandısa və siz qüsl etdikdən sonra ləkə gördünüzsə, bu ləkəyə fikir verməyin. Ətraflı oxuyun:

Pages