Sübh namazına gecikəndə qüsl almaq lazımdırmı?
Sual:
Qusl gec almaq gunahdirmi Qusl alanda hemise cimmek lazimdir? Bes seher namazina gecikende ne etmek lazimdir
Cavab:
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır". (Əbu Davud, 4182). Əslində bir neçə dəqiqə ərzində qüsl almaq mümkündür. "Bismilləh" dedikdən sonra ağıza və buruna su alaraq, bədənin hər yerinə suyun dəyməsi kifayətdir. Sübh namazının vaxtı çıxsa belə qüsl almağınız vacibdir.