Övrətdən xaric olan mayenin məzi və ya məni olması nədən bilinir?
Və aleykum Salam. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir. Məzinin çıxması qüslü vacib etmir. Spermaya isə "məni" deyilir. Sperma qatı, çox miqdarda, sürətlə çıxan mayedir. Sperma çıxdıqdan sonra insan boşalır və ehtirası sona çatır.