Bədənin hansı bölgələrini lazerlə təmizləmək icazəlidir?

    24.01.2026
Kimdən: 
S.
Sual: 
salam aleikum. hansı bolgelere lazer eletdirmek caizdi? doğuş, muayine ve s. kimi tibbi hallarda qadın hekime muraciet etmək caiz olduğu kimi bu lazer uçun de keçerlidi?
Cavab: 

Və aleykum Salam. Qadının qasıq nahiyəsinin tüklərini təmizlətməsi yalnız ciddi bir zərurət olduqda icazəlidir. Məsələn, tük çox qalın və sıx olarsa və qırxma kimi digər üsullarla təmizlənməsi mümkün olmazsa və ya lazerlə qadının özü tərəfindən təmizləməsi mümkün deyilsə, bu halda həkimin ayıb yerlərə baxmaması şərti ilə qadının qasıq nahiyəsinin tüklərini lazerlə təmizlətməsi olar. 

Qaşlar istisna olmaqla, digər yerlərin tüklərinin lazerlə təmizlənməsində isə, əgər insana hər hansı bir zərəri olmazsa, heç bir maneə yoxdur. Həmçinin oxuyun:

Paylaş: