Qadının digər qadınlar yanında övrəti hara sayılır?

    12.04.2023
Kimdən: 
Sual verən
Sual: 
Əssəlamu aleykum va Rahmatullahi va bərəkətuhu. 1. Bir lazeroloq qadın var (ibadət əhlidir), özü hicablı xanımlar üçün belə bir şərait təmin edib ki, istəyən gəlib (üzr istəyirəm) özü, öz pvrətini lazer edə bilər. Bu düzgündür mü? Tirmizi, 2803 hədisi buna aiddir mi? Xülasə, qadın gözəllik salonuna gedib sadəcə özünün olduğu açarlı otaqda, naməhrəmlərin girə bilməyəcəyi bir yerdə lazer etmək üçün soyuna bilər mi? 2. Qadının qolları və qolaltı övrət sayılır mı? Bu əzalarını lazeroloqun yanında aça bilər mi?
Cavab: 

Va aleykum Salam.

1) Əgər qeyd etdiyiniz salonda qadın öz övrət yerini özü təmizləyirsə və özündən başqa heç kəs ora daxil olmursa, bu halda qadın həmin gözəllik salonuna gedə bilər. Yəqin ki sualda bu hədisi nəzərdə tutursunuz: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın evindən başqa bir yerdə soyunarsa (hicabını çıxararsa), o, Allah ilə özü arasında olan sətri (pərdəni) cırmışdır". (Tirmizi, İbn Məcəh, Dərimi, Əhməd, Əbu Dəvud, "hamamlar" bölümü, hədis nömrə, 4009/4010). Bu hədisdə naməhrəmlərin görməsi ehtimal olunan yerlər qəsd olunur. Əgər bir yerə naməhrəmlərin daxil olma təhlükəsi yoxdursa, o yerlər istisnadır.


2) Qadın qollarını və qoltuq altını digər qadınların yanında aça bilər. Qadının digər qadınlar yanında övrəti göbəklə diz arasıdır. Bu yerləri hətta başqa qadınlar belə görə bilməz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bir kişi başqa bir kişinin övrətinə baxmasın, həmçinin bir qadın başqa bir qadının övrətinə baxmasın" (Muslim, 338).

Teqlər: 
Paylaş: