İstimna etdikdən sonra spermanın çıxmağının qarşısı alınarsa qüsl vacib olurmu?
Sual:
Əssələmu aləykum masturbasiya etmək haramdır bilirəm amma bəzən edəndə və özümü saxlayanda sperma ifraz olmurdu və normal namazlarıma davam edirdim qüsl almadan lakin kiçik bayıra çıxanda sonda spermaya bənzər bəyaz yapışqan maddə görürdüm və bunun qüslü pozub pozmadığını bilmirdim. Ona görə də bir az araşdırdım və pozmadığını öyrəndim. Lakin indi bəzi saytlardan oxuyuram ki o maye qüslü pozur. Sualım odur ki, o namazları ki mən qılmışam qüsl almadan lakin bilmədən və elə bilərək ki səhihdir namazlarım , o namazları yenidən mi qılmalıyam? Onu da demək istərdim ki bu halda olanda sperma ifraz olmur sadəcə ayaqyoluna gedəndə 20 dəqiqə sonra sonda çox az yapışqan ağımtıl sperma kimi maye çıxır.
Cavab:
Və aleykum Salam. Əgər istimna (masturbasiya) etdikdən sonra spermanın çıxmağının qarşısı alınırsa, bu halda qüsl vacib olmur. Sidik ifraz olarkən şəhvətsiz gələn ağ sperma da qüslü pozmur. Odur ki qıldığınız namazlar səhih sayılır. Həmçinin oxuyun: