Cinsiyyət orqanından ifraz olunan rəngsiz maye qüslu və orucu pozurmu?

    12.08.2014
Sual: 
Salam. Mən sübh əzanından sonra gündüz vaxtı şəhvani yuxu gördüm, oyananda quru idim. Amma sonra ayaqyoluna gedəndə çox az miqdarda rəngsiz və sürüşkən bir şey ifraz olundu. Görəsən bu hal qüslu gərəkdirir? Qeyd edim ki, namaz qılmıram amma orucluyam. Sualı orucuma bir maneə gətirib-gətirmədiyinə, pozub-pozmadığını soruşuram. Gözləyib orucumu açandan sonra qüsl ala bilərəm, yoxsa elə bu dəqiqə qüsl almalıyam?
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz maye şəriət elmində "məzi" adlanır və o, qüsulu yox, yalnız dəstəmazı pozur. Bu maye murdar sayılır və Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cinsiyyət orqanlarının bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir. Bu haqda Peyğəmbərdən soruşduqda o belə cavab vermişdir: "Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın". 
Qüsulun pozulması isə "məni" (sperma) təzyiqlə ifraz olunduqda baş verir. Orucu isə bu qeyd edilən amillərin heç biri pozmur. Həmçinin oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Ramazan orucu
Dəstəmazı pozan amillər

Namaz qılmayıb oruc tutmağım nə dərəcədə düzgündür? 

Paylaş: