Namaz qılmayıb oruc tutmağım nə dərəcədə düzgündür?
Sual:
Salam men hec vaxt namaz qilmamisam amma bir nece ildir oruc tuturam bu ne derecede dogrudur
Cavab:
Və aleykum Salam. Namaz qılmayan adam oruc tuta bilər. Uca Allah buyurur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 7-8). Amma namaz qılmamaq böyük günahdır və heç bir xeyirli əməl, həmçinin oruc tutmaq da bu günahı silib aparmır. Allaha dua edin ki, sizin üçün asanlaşdırsın və tezliklə namaza başlayın. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45).
Namaz qılmağın qaydasını NAMAZ səhifəsindəki videoya baxıb öyrənə bilərsiniz. Həmçinin oxuyun: Namaz qılmayan Cənnətə girə bilərmi?