Masturbasiya etməyə icazə verilirmi?

    26.01.2014
Sual: 
Salam. Her kese melum olan kishilerde oz-ozlerini rahatlamaqlari cenabet qusulunu pozur. Yeni "mastrubasiya", meni en chox dushunduren shey budur. Zehmet olmasa bu meseleye genish ve etrali aydinliq getire bilersiz?
Cavab: 

Və aleykum Salam. Öz-özünü boşaltmaq və ya masturbasiya haramdır. Bu istər subay, istər evli, istərsə dul olsun, hamıya aiddir. Buna dəlil olaraq alimlər aşağıdakıları göstərmişlər. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; O kəslər ki, namazlarında mütidirlər? O kəslərdir ki, sözbazlıqdan qaçırlar, O kəslərdir ki, zəkat verirlər, O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, Zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır". (əl-Mu'minun, 1-7). Ayəyə əsasən zövcələri və cariyələri ilə cinsi əlaqədən başqa yollarla cinsi istəyi təmin etmək (həm naməhrəmlə cinsi əlaqə, həm də özünü boşaltma) haramdır. Digər dəlil isə Allah Rəsulunun (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu əmridir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır. Evlənmə məsrəfinə də gücü çatmayan kimsə oruc tutsun, çünki oruc şiddətli bir şəhvət qırıcıdır". (İbn Məcəh: "Nigah", 1).
Lakin, bəzi alimlər şəhvətin çox yüksək olması və buna səbir etməyin mümkün olmadığı zaman bunu icazəli saymşlar. Bu alimlərin rəyinə görə yüksək şəhvət hissi səbəbilə zinaya düşmə təhlükəsi olarsa, o zaman masturbasiya günah sayılmaz. Bu alimlərə görə bu halda masturbasiya etmək -- aclıqdan ölmək qorxusu olan insanın yeməyə ölü cəmdəkdən başqa bir şey olmayanda onu yeməyinə bərabər hesab olunur, çünki Quranda ölü cəmdəyi yemək haram buyurulmuş, amma yeməyə başqa şey olmadıqda və aclıqdan ölmə təhlükəsi olduqda yeməyə icazə verilmişdir. Bir çox tibb alimləri masturbasıyanın insan üçün sinir xəstəlikləri, yaddaş zəifliyi, diqqətsizlik, unutqanlıq, ruh düşkünlüyü, yuxusuzluq, cinsi münasibətin zəifləşməsi, bel boşalması və buna bənzər bir çox zərərli təsirləri olduğunu deyirlər. Həmçinin oxuyun:
Masturbasiyanı necə tərgitmək olar?
Günahdan əl çəkə bilməyəndə nə etmək lazımdır?

Paylaş: