Cənabət qüslündə saçlar tam islanmalıdırmı?

    03.08.2020
Kimdən: 
Gunay
Sual: 
Salam Cenabet qusulunda saclar tam islanmalidirmi?ya 3defe su tokulse kifayet edir?
Cavab: 

Aleykum salam. Qüsl alarkən bütün bədənə su dəyməsi vacibdir. Fərq etməz, istər qadın olsun, istər kişi. Həmçinin saçların dibinə də su dəyməlidir. Lakin dinimiz saçlarını hörən qadınlara rüsxət verərək cənabət qüslü alarkən saçlarını açmamağı icazə vermişdir. Çünki bu qüsl adətən tez-tez təkrarlanır. Heyz və nifas qüsllərində isə hörüyünü açmalıdır. Əgər qadın saçlarını hörmürsə, bu halda qüsl alarkən saçlarının dibinə su dəyməlidir. Daha ətraflı: Qadınlar qüsl alanda saçlar nə dərəcədə islanmalıdır?

Teqlər: 
Paylaş: