Qulaqda sırğa olan halda qüsl edən onu tərpətməlidirmi?
Sual:
Qüsul aldıqdan sonra xatırladımki bismilləh deməmişəm və sırğanıda hərəkət etdirməmişəm. Unutqanlıq olub bu halda qüsul batildir?
Cavab:
Əssələmu aleykum. Qüsl alarkən "Bismilləh" demək vacib olsa da, onu unutmaq qüslü batil etmir. Əgər sırğa boşdursa və altına su keçirsə, bu halda onu tərpətmək vacib deyil. Əgər sırğa qulağa yapımış vəziyyətdədirsə və onun altına suyun keçməsi yalnız tərpətməklə mümkündürsə, bu halda sırğanı tərpətmədən edilən qüsl sayılmır və siz yenidən qüsl almalısınız. Ətraflı oxuyun: