Hər dəstəmazdan əvvəl övrət yerini yumaq vacibdirmi?

    26.01.2025
Kimdən: 
lena
Sual: 
Salam. sualim destemaz qusl haqqindadi yeni temizlik. Quranda Yuyunmaqin vacib olduqu harda yazilib tebiyi yuyunmaq lazimdi temizlik yaxşi şeydi amma bunun bir şert olaraq Namadan qabaq olmasi hansi ayelerde var. Destemazin vacibliyi var Amma aciq aydin destemazin nece olduqu yazilib yuyunmaq haqqinda hecne yazilmayib. Hemde Allah her şeyi asanlaşdirmaq isteyir bize. birde meselem yuyunmuşam destemaz almişam ve namaz qilana kimi cinsi orqandan nese ifraz olunub yada yel cixib bu destemazi pozur xaiş edirem ayelerle cavab verin cunku hedisler cox ve bilmir adam hansina inansin. hem diyelim ki nese ifraz olunub cinsi orqandan veya yel cixib men yuyunmaliyam ve qusl almaliyam sonra destemaz?
Cavab: 

Və aleykum Salam. Namazın qəbul olunmasının şərtlərindən biri də bədənin və paltarın nəcasətdən (murdar sayılan şeylərdən) təmiz olmasıdır. Uca Allah bu xüsusda buyurur: "Geyimini təmiz saxla! Pis şeyləri tərk et!" (əl-Muddəssir, 3-4). 

Lakin övrət yerini yalnız kiçik və ya böyük ayaqyoluna getdikdə yumaq lazımdır, hər namazdan əvvəl yuyunmaq şərt deyil. Həmçinin hər dəfə yel çıxdıqda yuyunmağa ehtiyac yoxdur. Əgər övrət yerindən axıntı gələrsə, bu halda həmin yeri yumaq lazımdır. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: