Heyzdən əvvəl və sonra gələn ləkəli axıntılar heyz sayılırmı?

    28.06.2026
Sual: 
Salam aleykum. Sualıma görə üzr istəyirəm. Heyz vaxtı olanda 1 gün ləkəli axıntı gəlir sonrakı gün normal ya da elə ləkəli olur. 3cü gündən tam heyz olmuş oluram və heyz bitən vaxı da belə olur bu halda mən namazlarımı saxlamalıyam yoxsa qılmalıyam. Buna görə içimə çox şübhə düşür.
Cavab: 

Və aleykum Salam. Əgər bu ləkəli axıntı adət etdiyiniz heyz günlərinin əvvəlində və ya sonunda gəlirsə və sonra heyz qanı ilə birləşirsə, o zaman heyzdən hesab olunur və namaz qılmırsınız. Həmçinin heyzin sonunda gələn qəhvəyi ləkələr heyzdən sayılır. Lakin tam təmizləndikdən və qüsl etdikdən sonra gələn sarı və ya ləkəli axıntılar heyz hökmündə deyil. Sizin təsvir etdiyiniz hala görə, görünür ki, bu ləkələr heyzin başlanğıcı və sonu ilə əlaqəlidir, buna görə də heyzdən sayılır. 

Ətraflı oxuyun:

Qadından gələn qəhvəyi ləkə orucu pozurmu?

Paylaş: