Başqasına kömək etməyimin müqabilində pul ala bilərəmmi?

    02.03.2018
Kimdən: 
Pack
Sual: 
1.Men Birinə evinə kömək edirəm mənə köməyimə görə pul verir pulu almalıyammı? 2.Yoldan pul ve yaxud .qızıl tapsam onu sahibi tapmaq çetin olacaq kimə desem deyecək mənimdi Ne etməliyəm? 3.Bir tanış ve yaxud ,yad adam deseki buna klent tap senede pul verirem faizmi sayılır?iş tap maaşdan.sene pul verəcəm almalıyam yoxsa rüşvetdi? 4.İş yerində gizlicə otursam ve yaxud telefonan oynasam maaş halal olarmı?ve haqqımı demedən necə qaytarmalıyam? 5.birin Dalınca qeybet etsəm iftira atsam.o adamı tapmasam.halalıq almalıyamı yerinə nese sedeqe dua etsem olarmı?mən qeybeti günah olduğunu bilirdim amma bu qeder Ciddi qul haqqı olduğunu bilmirdim yenədə günah yazılırmı?
Cavab: 
Salam aleykum.
1. Başqasına göstərdiyiniz köməyə görə pul alıb-almamaq sizin ixtiyarınızda olan məsələdir. Pulu götürə də bilərsiniz, imtina da edə bilərsiniz.
3. Kiminsə ticarəti üçün müştəri tapıb bunun müqabilində müəyyən qədər pul almaq icazəlidir və bu, sələm sayılmır. Daha ətraflı: İşə düzəltmə xidməti göstərmək icazəlidirmi?
4. Öz işini vicdanla yerinə yetirməyən işçi həmin işin rəhbərinin haqqına girmiş olur. Həmçinin, öz qazancının da təmiz olmamasına səbəb olur. Bu isə öz növbəsində günahdır və duaların qəbul olunmasına maneədir. Daha ətraflı: Qul haqqı barədə 
5. Qeybət edən ilk növbədə əməlinə görə peşman olaraq tövbə etməli, Allahdan bağışlanma diləməlidir. Həmçinin qeybətini etdiyi insan üçün Allaha xeyirli dualar etməlidir. Digər insanların yanında həmin şəxsin müsbət cəhətlərini xatırlamalı, onun haqqında xoş danışmalıdır. Söz həmin insana çatıbsa, ondan halallıq istəmək lazımdır. Bu cavabı oxuyun: Qeybət etmək haqqında
Paylaş: