İşə düzəltmə xidməti göstərmək icazəlidirmi?

    05.08.2017
Kimdən: 
Ruslan
Sual: 
essalmu eleykum ve rehmetullahu ve bereket menim bir sualim var sizden xais edirem cavablandirasiz. mesqulluq xidmetinde islemek isdeyirem. is beledir men Kimi isle temin elesem hemin sexs birinci ay aldiği emek haqqindan 100-de 25-ni mene odemelidir mende o pulnan kaminal xercleri icare haqqini ve orda çalisan iscilerin pulunu verib artiq qalaninida ozum gotursem bu faiz selem sayilir yoxsa yox. Cox xais cavab yazn. ALLAH Razi olsun
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Hansısa xidmət müqabilində gəlirdən faiz götürmək sələm sayılmır. Eyni qaydada, kimisə işə düzəldərək onun ilk maaşının müəyyən faizini xidmət haqqı kimi almanızda heç bir günah yoxdur, bir şərtlə ki, işə düzəldərkən heç kimə rüşvət verməyəsiniz və ya başqalarının haqqına girməyəsiniz. Həmçinin oxuyun:
Rüşvət verib işə düzəlmək olarmı?
İslam fiqhi: SƏLƏM-FAİZ bölümü

Teqlər: 
Paylaş: