Rüşvət verib işə düzəlmək olarmı?

    12.09.2014
Sual: 
Salam aleykum. Bir bacı pul verib işə düzəlib müəllimə. İndi onun qazanacağı maaş haram sayılacaq ona?
Cavab: 

Aleykum salam. Əgər pul verib düzəldiyi iş onun haqqı olan işdirsə və o işə pul vermədən girmək mümkun deyilsə, o zaman bu rüşvət sayılmır. Həmin insan o işə layiq deyilsə, pul vərərək kiminsə haqqına girib o işdə işləyirsə, verdiyi pul rüşvət sayılır. Bu, Rəsulullahın (salləllahu aleyhi və səlləm) şiddətli hədisinə daxil olur: "Rüşvət verən də, alan da Cəhənnəm odundadır". (ət-Tabərani "Mucəmul-Kəbir" kitabı). Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) rüşvət alanla verəni lənətləmişdir". (ət-Tirmizi, 1337; Əbu Davud, 3580).
Bu əməlindən tövbə etməli və bağışlanmağı üçün Uca Allaha dua etməlidir. Bu tövbənin əlaməti olaraq da o işi layiq olan sahibinə tərk edib işdən çıxmalıdır. Çünki tövbənin şərti budur ki, edilən günahı tərk edəsən, çünki bu iş edilən günahın davamıdır.

Paylaş: