Kiçik marketdə içkiyə toxunmamaq şərtilə işləmək olarmı?
Sual:
Salam aleykum.Marketdə spirtli içkilərə əl vurmamaq şərtilə işləmək olar mı?söhbət böyük və ayrı-ayrı şöbələri olan marketdən getmir,kiçik yəni ərzaqların yaxın məsafəli olduğu marketdən gedir.ALLAH razı olsun öncədən.Bu mövzuyla bağlı cavabınız vardı lakin o böyük mağazaların şəraitinə uyğun olduğu üçün sizə ətraflı yazaraq verməli oldum sualımı.Təşəkkürlər
Cavab:
Va aleykum Salam. Hər bir müsəlman haram və günah olan yerlərdən mümkün qədər uzaq olmağa çalışmalıdır. Əgər sizin spirtli içikilərin alışına, satışına, daşınmasına və s. digər haram əməllərə qarışacağınız yoxdursa, bu halda orada işləməyinizdə bir maneə yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) içki ilə əlaqədar 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (ət-Tirmizi "Alqı-satqı", 59). Həmçinin oxuyun: