Araq butulkasına əl vurmaq olarmı?

    07.04.2017
Kimdən: 
Seyyaf
Sual: 
Salam men namaza yeni bawlamiwam ozum kafede iwleyirem ama bilmey isteyirem ki rumkaya yaxud araq butulkasina el vurmaq olarmi???
Cavab: 

Və aleykum Salam. Alkoqollu içki haramdır və bütün şərlərin başlanğıcıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91). Şərab dolu qədəhə və ya butulkaya toxunmaq günah olmasa da, stola spirtli içkilər apaqmaq, onları süzmək, daşımaq və s. haramdır və bu cür işlərdə işləmək günaha şərik olmaqdır. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Peyğəmbər (salləllahu aleyhi və səlləm) sərxoşedici şeylərlə əlaqədar olaraq 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (ət-Tirmizi "Sehr", 59; Əbu Davud "Əşribə", 2). Ona görə də Uca Allaha təvəkkül və dua edərək daha xeyirli iş axtarmaq lazımdır. Həmçinin oxuyun:
Toyda ofisiant işləmək barədə 
İçki içməyin günahı 
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Ruzinin artması üçün nə etməliyik?
Kiçik marketdə içkiyə toxunmamaq şərtilə işləmək olarmı?
Tərkibində içki olan qaba toxunmaq namazı batil edirmi?

 
Paylaş: