Toyda ofisiant işləmək barədə

    19.07.2015
Sual: 
Salam aleykum. Mene pul lazim oldugu ucun afisant iwleyirem.bawqa iw yoxdu.iwledikde namazlarim qezaya duwur eve gelib qeza qiliram.toyda musiqode var istemeden qulaq asiram.namegremlerde coxdu6.men nece edim mesehet verin xayiw
Cavab: 

Aleykum salam. Ofisiant işləmək öz-özlüyündə günah olmayan bir işdir. Ancaq indiki toylarda ofisiant işləmək bir çox səbəblərə görə haramdır:

  1. Stola içki aparmaq, süzmək. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) içki ilə əlaqədar 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (ət-Tirmizi "Alqı-satqı", 59; Əbu Davud "Əşribə", 2).
  2. Həmin məclislərdə qadınların açıq saçıq geyinməsi, kişilərin sərxoş olması və s. fitnənin çox olması
  3. Musiqi, israfçılıq və digər Allahın qadağan etdiyi şeylərin olması

Belə yerdə işləməklə siz də bir növ bu haramlara yardım etmiş sayılırsınız. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2).
Ona görə də, Allaha çoxlu dua edərək, haramlar olmayan yerdə ofisiant işləmək və ya başqa iş yeri axtarmaq lazımdır. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər". (ət-Talaq, 2-3).
Həmçinin qeyd edək ki, şiddətli zərurət halları istisna olmaqla heç bir halda namazı qəza etmək olmaz. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munafiqun 9).
"O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir". (ən-Nur, 37-38). 
Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Ruzinin artması üçün nə etməliyik?
Halal ruzi qazanma yolları haqqında 

Teqlər: 
Paylaş: