Haram işlər görən qurumlara məhsul satmaq olarmı?
Sual:
AsSalamu Alekum qardaşlar.
1.Mən korporativ sahədə satış üzrə menecer işləyirəm.Sorğu və sifarişləri meil vasitəsi ilə qəbul edirəm.Bir sıra şirkətlərdən müxtəlif məhsula aid sorğu gəlir və məndən qiymət təklifi istəyirlər.Bu şirkətlərdən bəziləri bank, sığorta və kredit şirkətləri olur.Bu şirkətlərin sorğularını cavabsız qoya bilmirəm, çünkü narazılıq ola bilər.Onlara məhsul satdıqda mənə gunah düşürmü?
2.Namazda sırf əllərin "sinədə" olmasına dair bir neçə hədis dəlil gətirə bilərsinizmi?
3.Həcdə niyyəti səsli demək olarsa bunu qiyas edib namazda da niyyəti səsli deyənlərə nə deyə bilərsiniz?
4.Məhzəblə getmiyən alim olub? Çünkü alimlərin coxusu məhzəblə gediblər. Təşəkkür edirəm!
Cavab:
Aleykum salam.
1) Əgər işlədiyiniz şirkətin satdığı məhsul xüsusi olaraq bank üçün hazırlanmayıbsa, hər kəsin alıb istifadə edəcəyi bir məhsuldursa, bu halda sorğu göndərməkdə və bu malları satmaqda sizə günah yoxdur. Həmçinin oxuyun:
Bankda işləmək olarmı?
Oteldə işləyirəm, məcburən zinaya şərait yaratdığım üçün işdən çıxmalıyammı?
1) Əgər işlədiyiniz şirkətin satdığı məhsul xüsusi olaraq bank üçün hazırlanmayıbsa, hər kəsin alıb istifadə edəcəyi bir məhsuldursa, bu halda sorğu göndərməkdə və bu malları satmaqda sizə günah yoxdur. Həmçinin oxuyun:
Bankda işləmək olarmı?
Oteldə işləyirəm, məcburən zinaya şərait yaratdığım üçün işdən çıxmalıyammı?
2) Namazda sağ əli sol əlin üzərində sinəyə qoymaq barədə çox sayda hədislər var. Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır?
3) Ümumiyyətlə ibadətlər dəlillərə əsaslanır və qaydaya görə ibadətlərdə qiyas etmək qadağandır. Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan hədislərdə həcc və ümrə ibadətindən başqa ibadətlərdə niyyəti uca səslə etməmişdir və bunu digər ibadətlərə qiyas etmək olmaz. Daha ətraflı:
4) Alimlərin özlərini müəyyən məzəhəbə nisbət etmələri ilə sıravi insanların özlərini məzhəbə nisbət etmələri fərqlidir. Bəzi alimlər özlərini müəyyən məzhəbə nisbət etməklə o məzhəbin alimlərinin qoyduqları üsul qaydalarını nəzərdə tuturlar. Daha ətraflı: