Oteldə işləyirəm, məcburən zinaya şərait yaratdığım üçün işdən çıxmalıyammı?

    01.11.2016
Kimdən: 
Telman
Sual: 
Salam.bir sualim var.Zehmet olmazsa cavablandirardiniz.Men otelde adminstrator ishleyirem.Gorurem ki, zinaya sherait yaradiram.kIshi ve qadin nomre isteyende veririk.Mudir tapshirib ki sened istemeyim.Isteyirem ishden chixam.Ona gore ki haramdir.Siz nece meslehet gorerdiniz?Evvelceden teshekkurumu bildirirem
Cavab: 

Aleykum salam. Əgər dediyiniz kimidirsə, belə yerdə işləməklə siz də haramlara yardım etmiş sayılırsınız. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Ona görə də, Allaha çoxlu dua edərək, haramlar olmayan yerdə iş yeri axtarmaq lazımdır. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər". (ət-Talaq, 2-3).

Paylaş: