Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?
Sual:
Salam aleykum. Niyyeti dil ile demeyin bidet olduguna dair her hansi esasiniz var? Onceden tesekkurler.
Cavab:
Və aleykum Salam. Nə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun), nə də onun səhabələri (Allah onladan razı olsun) niyyəti dil ilə deməmişlər. Bu barədə heç bir Quran ayəsi və ya səhih hədis yoxdur. Dinimizə görə niyyətin yeri qəlb, onu dil ilə tələffüz etmək isə bidətdir (dində yenilik). Ümumiyyətlə niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün hansı məqsədlə gördüyünü qətiyyətlə bilmək deməkdir. Dini baxımdan isə niyyət etmək, bir işi Uca Allahın əmrinə tabe olmaq və ona yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarından ibarətdir. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) belə demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır...". (Səhih əl-Buxari, 1).
Həmçinin digər bir hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurur: "Kim bizim bu işimizə (dinimizə) müvafiq olmayan bir əməl əlavə edərsə, onun etdiyi əməl qəbul olunmayıb, rədd olunar". (Səhih əl-Buxari, 2697; Səhih Muslim, 1718).
Peyğəmbərin (salləllahu aleyhi va səlləm) oruca və ya digər ibadətlərə başlayarkən, dil ilə niyyət etdiyi bildirilməmişdir. Səhabələr (Allah onlardan razı olsun) və onların ardıcıllarının (Allah onlara rəhmət eləsin) da belə bir şey etdikləri bildirilməmişdir.