Namazda əlləri necə tutmaq lazımdır?

    26.02.2014
Sual: 
Salam eleykum. Namaz qilanda eller nece dayanmalidir. Saytda yazilib ki, sinede ama chox yerde (mescidul haramda da hemcinin) gobek uzerinde gormushem. Zehmet olmasa izah ederdiniz.
Cavab: 
Və aleykum Salam. Rəvayət edilir ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər mənim namazda sol əlimi sağ əlimin üzərinə qoyduğumu gördü və sağ əlimi sol əlimin üzərinə keçirtdi”. (ən-Nəsai, 888).
Ğazvən ibn Cərir (Allah ondan razı olsun) atasından rəvayət edir ki: "Əli namaza durduğu zaman təkbir gətirər, sağ əlini sol əlinin biləyinin üstünə qoyar və rukuya gedənə qədər əllərini aşağı salmazdı". (əl-Beyhəqi, 2427).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Həqiqətən, biz peyğəmbərlərə əmr olundu ki, iftarı tezləşdirək, sahuru gecikdirək, namazda sağ əli sol əlin üzərinə qoyaq". (ət-Tabərani, 11323; İbn Hibban, 1770).
Tavus (Allah ona rəhm etsin) belə rəvayət edir: "Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılarkən sağ əlini sol əlinin üzərinə qoyar və onları sinəsi üzərində bağlayardı". (Əbu Dəvud, 759).
Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: "Mən qərara aldım ki, Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) namazı necə qılmağına baxacam. Mən ona baxdım, o qalxdı və təkbir gətirdi, əllərini qulaqlarının (səviyyəsinə) çatana qədər qaldırdı. Sonra o sağ əlini sol əlinin, biləyinin və qolunun üzərinə qoydu". (Əbu Davud, 726).
Rəvayət edilir ki, Səhl ibn Sə'd (Allah ondan razı olsun) demişdir: "Camaata əmr edilərdi ki, namaz qıldıqda sağ əli sol qolun üstünə qoysunlar". (əl-Buxari, 740; İmam Malik, 381).
Teqlər: 
Paylaş: