Bankda işləmək olarmı?
Va aleykum Salam. Bank sələmçilik ilə məşğul olan müəssisə sayıldığına görə orada işləmək haramdır. Sələm barəsində Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun!) belə buyurmuşdur: "Sələm yeyənə, yedirdənə, ona şahidlik edənlərə və onu yazanlara Allah lənət etmişdir!" (İmam Əhməd, 3725).
Uca Allah buyurur: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Maidə. 2)
Ruzi halal yolla qazanılmalıdır. Uca Allah buyurur: "Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın". (əl-Bəqərə, 188).