Nəyə görə məzhəblə getmək düzgün deyildir?

    02.03.2016
Sual: 
salam aleykum bir mezheble getmek niye duzgun deyil ?O duzdurki ALLAH qiyamet gunu sorusacaq hansi alime tabe olmusuz kimin yolu ile getmisiz cavab vere bilmeyende neece olacaq?Bizden sorusanda ne cavab ereceyik? Biz hansi alimin yolu ile gedirik?Yolunu itirmis ,bassiz qalmis kimiyik?Men suruden ayrilmis .... kimi hiss edirem ozumu.Biri deyirki bir alimle getmelisen ona uymalisan
Cavab: 
Və aleykum Salam. Qiyamət günü baş verəcək hadisələrin mənbəyi bu dünyada etdiklərinizlə əlaqəlidir. Belə ki, dünya Axirətin tarlasıdır. Atalar deyib - nə əkərsən, onu da biçərsən. Bu dünyada Uca Allahın və Onun Elçisinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoluna tabe olsanız, həm bu dünyada, həm də öldükdən sonra qəbir həyatı və Qiyamət günü hər şey yaxşı olacaq. Uzun bir hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Uca Allah buyurur: "Ey Mənim qullarım! Mənim doğru yola yönəltdiyim kəslər­dən başqa hamınız zəlalətdəsiniz. Elə isə Məndən doğru yol istəyin, Mən də sizi doğru yola yönəldim.... Ey Mənim qullarım! Bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəyəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin. Kim də xeyirdən başqa bir şey tapsa, özündən başqa heç kəsi qınamasın". (Muslim, 6737). Uca Allahın biz insanlara qoyduğu yoldan qeyrisinin sonu uçurumdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur:
"Sizə gecəsi gündüzü kimi tərtəmiz bir yol qoyuram. Bundan sonra kimsə yolundan azmaz. Azanlar isə həlak olurlar". (İmam Əhməd, 4/126).
"Sizi Cənnətə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə əmr etməyim və sizi Cəhənnəmə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə qadağan etməyim". (Səhih Hədislər Silsiləsi, 2866). 
Həmçinin, oxuyun:
Teqlər: 
Paylaş: