Xahiş edirəm ki, məzhəb seçimində mənə köməklik edəsiniz...

    02.02.2015
Kimdən: 
yegane
Sual: 
Selam aleykum.men insallah namaz qilmaq isteyirem.amma bilmirem hansi mezhebi secim.mene bu movzuda komek etmeyinizi xahis edirem.onu sizden oyrendim ki,dinde firqelere bolunmek anlayisi sonradan gelib.sunnimi yoxsa sie? Turkler sunni namaz qilir.bizler de cox insan sie namazi qilir.Allah sizlerden razi olsun.sayti acdiginiza gore minnetdarimizi bildiririk.heqiqetende men bir cox suala cavab tapdim
Cavab: 

Aleykum salam. Allahın bütün insanlara vacib əmri olan namaz qılmaq niyyətiniz üçün sizi təbrik edirik, Allaha dua edirik ki, sizi İslam üzərində sabit etsin, imanınızı artırsın və Qiyamət günü başda namaz olmaqla yaxşı əməlləriniz sayəsində sizi Cənnətdə yüksək dərəcələrə çatdırsın.
Uca Allah buyurur: "Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik". (ən-Nisə, 80).
"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Ona görə də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmrlərini səhih mənbələrdən öyrənərək hər şeyi onun etdiyi kimi edin, başqalarının dinə sonradan gətirdiyi şeylərdən çəkinin, bu böyük günahdır. Daha ətraflı: Hansı məzhəb düzgündür? 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Mən namazı necə qılıramsa, siz də elə qılın". (əl-Buxari). Buradakı namaz qılma qaydası səhih hədislər əsasında Peyğəmbərin namaz qılma şəklinə uyğun hazırlanıb: Namaz qılmaq qaydası - VİDEO

Teqlər: 
Paylaş: