Ruzi duası

    01.06.2016
[Allahummə inni əuzu bikə minəl-aczi vəl-kəsəli vəl-cubni vəl-buxli vəl-hərəmi vəl-qəsvəti vəlğəfləti vəl-ayləti vəz-zilləti vəl-məskənəti və əuzu bikə minəl-fəqri vəl-kufri vəl-fusuqi vəş-şiqaqi vən-nifaqi vəs-sum-əti vər-riyai və əuzu bikə minəs-saməmi vəl-bəkəmi vəl-cununi vəl-cuzəmi vəl-bərasi və seyyi-il-əsqami]
“Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan, sərtlikdən, qəflətdən, ehtiyacdan, rüsvayçılıqdan, miskinlikdən, kasıbçılıqdan, küfrdən, fasiqlikdən (asilikdən), ixtilafdan, nifaqdan, lovğalıqdan (təkəbbürlükdən), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinosluqdan və pis xəstəliklərdən Sənə sığınıram!” (Səhih əl-Cəmi, 1/ 407) 
 
[Allahummə inni əuzu bikə minəl-fəqri vəl-qilləti vəz-zilləti və əuzu bikə min ən əzlimə əu uzləmə]
“Allahım, kasıbçılıqdan, qıtlıqdan, rüsvayçılıqdan, zülm etməkdən va ya mənə zülm edilməsindən Sənə sığınıram!” (Səhih ən-Nəsəi, 3/ 1111). 
 
[Allahummə, inni əs-əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn]
“Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olan əməl istəyirəm!” (Səhih İbn Macə, 1/ 152) 
 
[Allahummə-ğfir li zənbi və vassi' li fi dəri və bərik li fima rəzaqtəni]
“Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və ruzimi bərəkətləndir!” (İmam Əhməd, 4/ 63)

[Rabbi inni limə ənzəltə ileyyə min xayrin fəqiyr]
“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam” (əl-Qasəs, 24)