Nəzir dediyim qurbanın əvəzinə bir kasıb ailəyə musiqi aləti almaq olarmı?

    24.06.2020
Kimdən: 
Leyla
Sual: 
Salam. Usagimiz xestelenende sagalsin qurban keseceyimizi demisdik. Men islediyim mektebde 2 yetim usaq var cox imkansiz veziyyetde yasayirlar. Duzgun geyimleri bele yoxdu geyinmek ucun. O usaqlarin veziyyeti mene cox pis tesir edir bir ana olaraq. Usaqlarin musiqi aletine ehtiyaci var. O qurban yerine onlara lazim olar pianino aletini alsaq dediyimiz qurban sayilir mi? Yoxsa ele dediyimiz qurban kesilmelidir?
Cavab: 

Aleykum salam. Əvvəla Uca Allahdan sizin və bütün müsəlmanların övladlarına şəfa diləyirik! Uşağınızın sağalacağı təqdirdə niyyət etdiyiniz qurban nəzir qurbanı deyilir. Nəzir ibadəti - bir kəsin üzərinə vacib olmayan ibadəti Allahla əhd bağlayaraq özünə vacib etməsidir. Bu ibadət mütləq niyyət edildiyi şəkildə yerinə yetirilməlidir. Bu səbəbdən əgər siz qurban kəsməyi niyyət etmisinizsə, belə də edin. Bu ibadəti başqa bir xeyir əməllə əvəz etmək düzgün deyil. Uca Allah buyurur: "Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar". (əl-İnsan, 7). Daha ətraflı: Nəzir haqqında

Həmçinin, bilməlisiniz ki, dinimiz musiqini haram görür və bu səbəbdən bir nəfərə musiqi aləti almaq da günahdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: