Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?

    05.03.2014
Sual: 
Salam aleykum. Musiqi niye haramdır? Eger bir musiqi ki, insana xoş tesir rahatliq verirse, bunun neyi haramdır?!
Cavab: 

Aleykum salam. Allaha iman gətirməyən, Ona ibadət etməyən, Quran oxumayan, Allahı ürəkdən zikr etməyən hər bir insanın qəlbi qapalı olur. İnsanın qəlbi Allahın zikrindən uzaq olduqda mənəviyyatı musiqidə axtarır və elə bilir ki, musiqi onun mənəvi təlabatını ödəyir. Halbuki musiqi mənəviyyata nəinki xoş təsir bağışlayır, əksinə onu korlayır. Bunu isə insan yalnız qəlbi Allahın nuru ilə işıqlandıqda anlayır. Allah hamının qəlbinə Öz nurunu yerləşdirsin. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28). Ayədən göründüyü kimi, mənəvi rahatlıq musiqidə yox, səmimi qəlblə edilən dua, ibadətlər, Allahı zikr etmək, xeyirli əməllər etmək, Quranı dinləmək,  oxumaq və əzbərləməklə olur. Həmçinin, oxuyun: Musiqi dinləmək, oxumaq və rəqs etmək icazəlidirmi?

Paylaş: