Həşəratları yemək olarmı?
Sual:
Əssələmu aleykum.Allah bərəkət versin qardaşlarım sizə.həşəratlarla,böcəklərlə qidalanmaq olar? Və ya hecolmasa bir dəfə dadına baxmaq
Cavab:
Aleykum salam. Dinimiz natəmiz şeylərlə qidalanmağı qadağan edir. Həşaratlar iki cürdür, bəzi həşaratlar təmiz şeylərlə qidalanır. Məsələn çəyirtkə kimi. Bu növ həşaratları yemək icazəlidir. Natəmizliklərlə qidalanan və ya zəhərli olan həşaratları isə dinimiz qadağan edir. Uca Allah buyurur: "Aəndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: "Bütün təmiz nemətlər sizə halal edildi. Habelə Allahın sizə öyrətdiyindən təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və onları ovun üzərinə göndərərkən Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir". (əl-Maidə, 4). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə demişdir: "İki növ ölü və iki növ qan bizə halal edilmişdir. İki növ ölü, balıq və çəyirtkə, iki növ qan isə qara ciyər və dalaqdır". (Səhih "əl-Cami əs-Sağir", №: 210; "Silsilə əs-Sahihə", №: 1118). Həmçinin oxuyun:
Haram qidalar
Qidalar
Haram qidalar
Qidalar