Əri haram yolla pul qazanan qadına və uşaqlarına bu pul haramdırmı?
Sual:
Salam.
Eyer bir qadinin heyat yoldasi haram yolla(faizle)pul qazanirsa ve qadin ona cox günahdi haramdi etmemesini deyirse,ve kisi yene edirse,O qadinadami haramdi?günah yazilirmi?o pulla alinan ve ya yeyilen her birsey qadina ve usaqlara haramdir?
Cavab:
Aleykum salam. Əgər qadın haram yolla pul qazanan ərinə nəsihət edərsə və bacardığı qədər onu çəkindirərsə, artıq üzərinə düşəni yerinə yetirmiş sayılır və ərinin etdiklərinə görə ona günah yazılmır. Haram yolla pul qazanan insanın himayəsində olanlara bu pul haram sayılmır, çünki, pul haram yolla qazanılmış olsa da, pulu qazanan tərəfindən könül xoşluğu ilə xərclənilir. Həmçinin oxuyun: Əri haram yolla pul qazanan qadın nə etməlidir?