Əri haram yolla pul qazanan qadın nə etməlidir?

    20.10.2017
Sual: 
Salam.Bir ailede xanim namaz qilir ibadet edir ama yoldashi haram pul getirir eve.qadin ne etmelidi?normal heyatin davam etmeli di yoxsa?
Cavab: 
Va aleykum Salam. Uca Allah haram qazanc əldə etmək və ailəyə haram yedirtməyi qadağan etmişdir. Haram yemək günah olmaqla yanaşı, duaların qəbul olunmasına da maneədir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Muslim, 1686). Halal ruzi qazanmaq yolları saysız-hesabsızdır, haramlar isə azdır. Bununla belə şeytan insanlara bu yolları cəlbedici göstərir. Haram işlə məşğul olan Allahdan qorxaraq tövbə etməli və başqa iş seçməlidir. Uca Allah buyrur: "...Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha layiqincə təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur". (ət-Talaq, 2-3). 
Haram yolla pul qazanan insanın yaxınları, həmçinin həyat yoldaşı onu Allahdan qorxmağa və bu yoldan çəkindirməyə çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır". (ət-Təhrim, 6).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz bir münkər (günah, pis) əməl gördükdə bacarırsa onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona qadir da olmasa, qəlbi ilə nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir". (Səhih Muslim, 175). Həmçinin oxuyun:
Başqasının günah etdiyini görüb ona mane olmamaq günahdırmı?
Bir insanı günahdan necə çəkindirmək olar?
Duaların qəbul olması üçün nə edim?
Teqlər: 
Paylaş: