Başqasının günah etdiyini görüb ona mane olmamaq günahdır?
Sual:
Salam. bagislayin bir sey sorusmaq isteyirem .nece gundu ozumu cox gunahkar hiss edirem . bele bir sual verim . birisinin gunah islediyini bile bile ona mane olmamaq gunahdi?
Cavab:
Və aleykum Salam. Əgər siz o günahın edilməsinə mane ola bilərdinizsə və buna hər cür şərait var idisə, onda siz günah qazanırsınız. Əks halda bu, günah deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Sizdən biriniz bir münkər (günah, pis) əməl gördükdə bacarırsa onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona qadir da olmasa, qəlbi ilə nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir". (Muslim, 175). Digər hədislərdə buyurulur: "Qiyamət günü Allah qulu sorğu-sual edəcək, hətta belə buyuracaq: "Günah gördükdə onu inkar etməyə sənə nə mane oldu?" Allah qula dəlilini təlqin etdikdə o, deyəcək: "Ey Rəbbim! İnsanlardan qorxub, ümidimi Sənə bağladım!" (İbn Məcəh, 4017).
"Canım Əlində Olana (Allaha) and olsun ki, ya yaxşı əməlləri əmr edib pis işlərdən çəkindirəcəksiniz, ya da Allah sizə yaxın (zamanda) bir əzab göndərəcək, ondan sonra nə qədər Allaha dua edib yalvarsanız da, dualarınıza cavab verilməyəcək". (ət-Tirmizi "Fitən", 9; 2169, 2323).
"Allahın qoyduğu hədlərə (əmrlərə, qadağalara) riayət edənlərlə etməyənlər bir gəmiyə minmək üçün püşk atan topluluğa bənzəyir. Püşkdə onların bir hissəsinə gəminin göyərtəsi, bir hissəsinə də aşağı tərəfi düşür. Aşağı tərəfdə olanlar su götürmək istəyəndə göyərtədəkilərin yanından keçirlər. Buna görə də: "Gəlin öz payımıza düşən hissədən bir deşik açaq, üstdəkiləri narahat etməyək!" - deyirlər. Əgər üstdə olanlar aşağıdakılara müdaxilə etməsələr, hamısı birlikdə batıb həlak olacaqlar. Əksinə buna qarşı çıxıb mane olsalar, birlikdə qurtulub sağ-salamat sahilə çatacaqlar". (Səhih əl-Buxari "Şəhadət", 30; 2686);
"Ey insanlar! Həqiqətən, Allah buyurur: "Siz yaxşılığı əmr edib pislikdən çəkindirin. Yoxsa siz dua edərsiniz Mən də sizin dualarınıza cavab vermərəm, Məndən kömək istəsəniz sizə kömək etmərəm, Məndən istəsəniz sizə vermərəm". (İmam Əhməd, 6/159, əl-Heysəmi "Məcməuz-Zəvaid", 7/266).