Dinə bağlı bir insan hərbçi işləyə bilərmi?
Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Allah üçün vətəni və müsəlman əhalini müdafiə etmək ən şərəfli əməllərdən biridir və bu niyyətlə hərbiçi olmaq, döyüş sənətini öyrənmək savabdır. Alimlər qeyd etmişlər ki, saqqalı qırxmaq günahdır, lakin, əgər Allaha iman gətirən, namaz qılan, Allahdan qorxan və Onun əmrlərini bacardığı qədər yerinə yetirən, Allahın yoluna dəvət edən bir kəs hərbiçi olmaqdan imtina edərsə, onun yerini günahkar bir kəs (Allaha iman gətirməyən, rüşvət alan, haqsızlıq edən və s.) biri ala bilər. Məhz, bu baxımdan saqqalın qırxılması günah olsa da, baş verə biləcək fəsadı və əldə oluna biləçək mənfəəti nəzərə alaraq əməlisaleh bir insanın hərbidə işləməsi icazəlidir. Allaha iman gətirən əməlisaleh hərbiçi ətrafını islah edəcək, əsgərləri Allahın yoluna dəvət edəcək, haqsızlığa yol verməyəcək, eyni zamanda haqsızlıqların qarşısını alacaq, vətəninə və xalqına vicdanla xidmət edəcək. Həmçinin oxuyun:
Şəriətə görə saqqal saxlamaq vacibdirmi?