Hərbçi işləmək olarmı?

    30.05.2015
Sual: 
salam.meni maraqlandiran suallar var.Eger bir adam herbici iwleirse bele pul qazanmasi halal yoxsa haramdi.?eger er pulu haram qazanirsa bu onun qadininada gunahdi?
Cavab: 

Aleykum salam. Bəli, hərbiçi işləmək olar və bu çox fəzilətli əməllərdəndir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" (Ali İmran, 200).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "İki göz vardır ki, Axirət günü onları Cəhənnəm odu yandırmaz. Biri Allah qorxusundan yaş tökən göz, biri də gecəni oyaq qalıq Allah yolunda sərhəd boyu keşik çəkən göz". (ət-Tirmizi "Fədailu-l-Cihad", 8; ən-Nəsai "Cihad", 8).
"Allah yolunda bir gün keşik çəkmək dünya və onun üzərindəkilərdən daha xeyirlidir. Cənnətdə qamçınızı qoyduğunuz yer dünya və onun üzərindəkilərdən daha xeyirlidir". (Hədis səhihdir). 
"Kim döyüşçü hazırlayarsa, özü də döyüşmüş kimidir. Kim ailəsində döyüşçü qoyub gedərsə, o da döyüşmüş kimidir". (Hədis səhihdir).

"Sizə Qədr gecəsindən daha fəzilətli gecə haqqında xəbər verimmi? Ailəsinin yanına bir daha qayıtmayacağından qorxaraq təhlükəli ərazidə keşik çəkənin (keçirdiyi gecə)". (əl-Hakim, 24240).
"Allah yolunda bir gün sərhəddə keşik çəkmək, başqa yerlərdə keçirilən min gündən daha xeyirlidir". (ən-Nəsai, 3169, 3182).
"Kim Allah yolunda sərhədin keşiyini çəkərək ölərsə, qəbir əzabından arxayın olar və Qiyamət gününədək onun mükafatı artırılar". (İbn Hibban, 4606.)
"Kim Allah yolunda sərhəddə bir gün, bir gecə keşik çəkərsə, bir ay oruc tutmuş və bir ay namaz qılmış kimi savab qazanar. Kim də keşik çəkərkən ölərsə, eyni savabı qazanar, Allah ona ruzi verər və o, qəbir fitnəsindən əmin olar". (ən-Nəssi, 3167, 3180).

Hərbiçi işləyərək əldə olunan qazanc halaldır. Kimsə öz işində haram yolla qazanc əldə etsə, buna görə onun xanımı günah qazanmır. Ancaq xanımın üzərinə düşən vacib öhdəlik isə gözəl əxlaqla, elmlə və hikmətlə onu bundan çəkindirməkdir. "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).
"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15). Həmçinin oxuyun: İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: