Spirtli içki verilən yeməkxanada aşpaz işləmək olarmı?

    19.06.2021
Sual: 
As Salamu Aleykum va Rahmatullahu va Barakatuhu. İçkinin haram olduğunu bilirəm,bir nəfər ailəvi yeməkxanada aşpaz işləyir,çox az hallarda müştəri içki sifariş edir. Ama o şəxs nə bu içkiyə toxunur,nə onu alır,nə satır,nə süzür nə də müştəriyə verir(ümumiyyətlə toxunmur,içki işinə başqa şəxs baxır). Mətbəxdə ayrı otaqdadır. Sadəcə hazır içkilər mətbəxdəki soyuducuda olur.. Bildiyimiz kimi demək olar bütün yeməkxanaların menyusunda var. Bu günahdırmı?
Cavab: 

Va aleykum Salam. Əgər qeyd etdiyiniz ailəvi yeməkxanada az da olsa içki verirlərsə, bu yeməkxanada işləməyiniz düzgün deyil. Çünki, belə yerdə işləməklə siz də bir növ bu haramlara yardım etmiş sayılırsınız. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: