ruzi

Min manat maaş alan şəxs zəkat verməlidirmi?

    13.11.2022
Sual: 
Salam mən dövlət işçisiyəm 1000 manat misal üçün maaş alıram, başqa heç nəyim (ev, avto kirayə verməmişəm, əkinim-biçinim yoxdur) yoxdur, mən nə qədər və nə vaxt zəkat, sədəqə, fidyə və xumus verməliyəm. Sizdən çox xahiş edirəm konkret mənim işim və maaşım üçün cavab yazın. Sizə verilən sualların cavablarında oxumuşam zəkat nədir, sədəqə nədir, xumus nədir və kimlərə verilir.
Cavab: 

Va aleykum Salam. Zəkat aylıq maaşdan deyil, yığılan pul vəsaitindən (əgər nisab miqdarına çatarsa və üzərindən bir il keçərsə) verilir. Sədəqə könüllü verdiyinz pul və ya maldır. Xums isə kafirlərlə döyüşdən əldə edilən qənimətin beşdəbiridir. Sualınız əsasən deyə bilərik ki, sizə zəkat düşmür.

Ödənişli proqramların köhnə versiyasını pulsuz yükləyib işlətmək olarmı?

    11.11.2022
Sual: 
Xahiş edirik tez cavab yazardınız.bezi məşhur proqramların aylıq ödənişləri var ,məsələn Photoshopun istifadəsi üçün aylıq rəsmi ödənişi 20 dollardır.amma mənim kompüterime bu proqramın köhnə versiyasını cəmi 10 manata yukleyibler.yeni orijinal proqram aylıq 20 dollar amma 2020 versiyali Photoshop birdəfəlik 10 manat.men bu proqramdan pul qazansam bu pul halaldırmi? Öncədən təşəkkürlər
Cavab: 

Əssələmu aleykum. Əgər proqramın müəllifi (şirkət) köhnə versiyanın pulsuz işlədilməsinə etiraz etmirsə və bu versiyanı internetdən pulsuz yüklənməsinə icazə verirsə, bu halda ondan istifadə etmək olar. Əgər proqramın müəllifi icazə vermədiyi halda qanunsuz olaraq yüklənirsə, bu halda haramdır.

Bərəkətin artması üçün hansı duaları etmək lazımdır?

    02.11.2022
Sual: 
Salam. Menim yoldasimin pul qabinan pul ogramisdilar ve onan sonra yoldasimin bereketi qalmayib.men ne duallar, ne zikirler etmeliyem ki yoldasimin bereketi geri qayitsin.
Cavab: 
Va aleykum Salam. Pul oğurlandıqdan sonra bərəkətin itməsini düşünmək düzgün deyil. Uca Allah öz hikməti ilə qullarının ruzisini bəzən artırır, bəzən isə azaldır, lakin əcəlləri çatana qədər heç vaxt onları ruzisiz qoymur. Uca Allah buyurur:

Cashback xidməti təqdim edən debet kartlarından istifadə etmək olarmı?

    21.07.2022
Sual: 
Salam aleykum bir sualim olacaq bu yeni çıxan leokart var yeni debet leo kart bu kartı işletmek caizdirmi? 2-bu kartda cashback verilir bunuda xerclemek icazelidirmi? Yeni qısaca unibankın kartı olan LeoKartı işletmek caizdirmi?
Cavab: 

Dilənçi yalan danışarsa, sədəqə verən savab qazanırmı?

    20.07.2022
Sual: 
Əssalamu aleykum və rəhmətullah və bərəkətuh.Qardaş sizdən məni çox narahat edən bir məsələ haqqında soruşacam.Qardaş küçələrdə çoxlu dilənənlər var.Onlardan bəzisi sadəcə əlini açır amma heç nə demir.AMma bəziləri ağlayaraq ALlahın adı ilə nəzir verin, yaxud balam xəstədir kömək edin deyirlər.İçlərində bəziləri küçədə nəsə satır və ehtiyacım var qurban olum kömək edin , satdığım maldan alın deyirlər.Mənim özümüm ürəyi dözmür alıram.Məsələn salfetka satanından salfetka,gül satanından gül alıram.Amma içimdən bəzən narahtçılıq da keçirirəm.Çünki bu adamların həqiqətən ehtiyacı olduqlarını bilmir
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bizim üzərimizə düşən yalnız insanları zahirinə görə qiymətləndirməkdir. Qəlblərində olanları və onların həqiqi halını isə Uca Allah bilir.

Məktəbdə işləmək üçün diplomum uyğun deyilsə, orda işləsəm günah qazanırammı?

    20.07.2022
Sual: 
Salam aleykum .Men özel universitet bitirmishem.Nazirlikle elaqe saxladim dediler devlet nezdinde üniversitet bitirmiş sayilmirsiz.men dovlet işinde islesem Mektebde bu harammi olar?oz peshemi mükemmel bilirem
Cavab: 

Va aleykum Salam. Əgər sizin həmin dövlət müəssisəsində işləməniz qanunla qadağandırsa, ora digər yollarla işə düzəlməklə günah qazanmış olacaqsınız. Çalışın, öz ixtisasınıza uyğun digər işlər görəsiniz. Məsələn, özəl kurslarda və ya evdə repetitorluq fəaliyyəti kimi.

Satışa vasitəçilik etməklə gəlirin müəyyən faizini götürmək olarmı?

    12.07.2022
Sual: 
Salamaleykum bir işdə şübhəli qalmışam qrup açmışıq qadınlardan ibarət.orda hər kəs ikinci əl əşyaları satmaqda yardımçı oluram.və kim nə almaq istesez mən bir birinə yönləndirirem satırlar və ya alırlar sonra mənə haqq 10% verirlər ele bil 10 m -1 m bele.ancaq dinnə zidd şeyler paylaşılmır.bir iki bacıda bele qruplar görmüşdüm.mən düzgün ediremmi yoxsa səhv nededi menim?
Cavab: 

Va aleykum Salam. Əgər satılan mallar şəriətə zidd deyilsə, qeyd etdiyiniz yolla pul qazanmaq icazəlidir. Bu yolla pul qazanmaq dəllallıq adlanır.

Restorana turist gətirdiyinə görə pul almaq olarmı?

    04.05.2022
Sual: 
əs-Sələmu aleykum. Turisti restorana müştəri kimi aparmaq və restorandan buna görə pul almaq olar?
Cavab: 

Va aleykum Salam. Əgər müştərini aparacağınız yerdə günahlar ediləcəyi dəqiq bilinirsə (məsələn, barlar, gecə klubları və s. kimi), bu halda ora müştəri aparmaq qadağandır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin.

Pages