Haram olduğunu bilmədən ipoteka ilə ev alan günah qazanırmı?
Sual:
Salam Aleykum .Size bele sualim olacaq .Biz satis muqavilesi ile kiraye usulla ev almisiq .Men evveler ele bilirdim sadece faizile pul almaq gunahdir .ancaq bele nese alanda faiz verirsense onu gunah bilmemisdim ,bu evi alandan hetta kocenden sonra tam olaraq bildim.25 illik almisiq kira kimi vereceyik ayliq sonda ev bize qalir ilkin odenis az vermisik ve 3 ilden sonra elinde boyuk mebleg olsa verib azaltmaq olar meblegden ,amma bele ipoteka ve kredit fonduna odenir ayliq ,sizce bu gunahdirmi ? bunu bilenden burnumdan gelib dusunmekden yoldasimda bunu anlayan deyil ,demisemki gunah etdik burani aldiq falan sozlerimi ciddi qarsilamadi,bilseysim esla qoymazdim evvelden
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, bir işi tutmazdan əvvəl həmin işin İslamda haram və ya halal olduğunu araşdırmaq lazımdır. Əgər qeyd etdiyiniz kimi, şəriətin hökmünü bilmədən evi bu şərtlə almısınızsa, buna görə sizə günah yazılmır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari, 22; Əbu Davud , 17). Ətraflı oxuyun: