Faktoring şirkətində işləmək icazəlidirmi?

    27.08.2024
Kimdən: 
Kenan
Sual: 
Salam aleykum, Faktoring şirkətində işləmək icazəlidir? Ikinci sual - Camaat namazına birinci rükətə sonradan qoşulanda(Misal üçün onlar ikinci surəni oxuyur), Subhanəkə duası, Birmilləhir Rahmənir Rahim, Əuzu billəhər minəş şeytanir racim sözlərni demək lazımdır? Və ya camaat rukudadır, mən namaza Allahu ekber deyib birbaşa rukuya gede bilerem yoxsa bir defe Allahu ekber deyib sonra yene tekbir getirib rukuya getmeliyem? İmam eger rukudan qalxan anda men ruyuya getsem(sonradan qoşulanda) hemin rukət sayılır yoxsa 1 rukət əlavə qılmalıyam? Allah razı olsun.
Cavab: 

Və aleykum Salam. 

1) Faktoring şirkətlərində işləmək dinimizə görə qadağandır, çünki bu şirkətlərin iş prinsipi faiz (sələm) üzərində qurulmuşdur. Faktoring şirkətləri başqa bir şirkət tərəfindən ödəniləcək borcu qarşılayır, bunun əvəzinə gecikdirilən borcun hər ayına görə müəyyən faiz alır. Bu isə dinimizə görə haramdır.


2) İmam səsli namazda əl-Fatihə surəsini və ya ondan sonra başqa bir surə oxuduğu vaxt namaza qoşulan şəxs "Allahu Əkbər" deyib namaza qoşulur və heç bir şey oxumur, sadəcə imamın qiraətini dinləyir. Həmçinin oxuyun:


3) Əgər imam rükuda olarsa, namaza qoşulan şəxs bir dəfə "Allahu Əkbər" deyib birbaşa rükuya gedir. Rükuya getmək üçün ikinci dəfə təkbir gətirməyə ehtiyac yoxdur. Həmçinin oxuyun:


4) İmam rükudan qalxan anda namaza qoşulan şəxs həmin rükətə çatmış sayılmır və bu rükəti qəza etməlidir. 
Teqlər: 
Paylaş: