İmam rükuda ikən namaza yetişən həmin rükəti qəza etməlidirmi?

    03.01.2023
Sual: 
Esselemu aleykum ve rahmetullah. Menim camaat namazları ile elaqeli 3 sualım olacaq inşeAllah: 1) Camaatla qılınan SESSİZ namazlarda İMAMIN ARXASINDA DURANLAR üçün Fatihe suresini oxumaq rükndur yoxsa sünnedir? 2) Eger rükndursa bes neye göre namaza rükuda qoşulmuş şexs o rükete çatmış sayılır? Axı rüknlardan birini (Fatihe suresini) etmeyib 3) Yene camaat namazında imamın arxasında duranlar üçün teşehhüdde şehadet barmağını qaldırdıqdan sonra hansı daha efzeldir: özü teşehhüdü deyib qurtardıqdan sonra barmağını endirmek yoxsa imam Salam verene qeder barmağı qaldırılmış halda saxlamaq? Sualları diqqetle oxuyub cavablayın xahiş edirem, yanlış başa düşülürler. Allah elminize bereket versin
Cavab: 

Va aleykumussələm və Rahmətullahi və Bərakətuhu.

1) Bu cavabı oxuyun:


2) Əksər alimlərin rəyinə görə rükuya yetişən kəs həmin rükətə yetişmiş sayılır və bu üstün rəydir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rükuda ikən Əbu Bəkrə (Allah ondan razı olsun) onun ya­nına gəldi və cərgələrə daxil olmamış rükuya getdi. Sonra o, bu haqda Pey­ğəm­bərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdi, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) də buyurdu: “Allah sənin canfəşanlığını artırsın, ancaq bir də belə etmə!” (əl-Buxari, 783). Əgər rükuya yetişənin rükəti sayılmasaydı Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkrəyə (Allah ondan razı olsun) bir rükət əlavə qılmağı əmr edərdi. Lakin Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona bunu əmr etmədi. Demək ki, rükuya yetişən kəs həmin rükətə yetişmiş sayılır. 

3) Yaxşı olar ki, imama tabe olan imam hər iki tərəfə salam verənə qədər şəhadət barmağını yuxarıda saxlasın. Müstəhəb olan budur. Lakin özü təşəhhüdü bitirdikdən sonra da barmağını aşağı sala bilər. Həmçinin oxuyun:
Paylaş: